Tarix:15/03/14
Layihənin təqdimatında bildirilib ki, “FirstNet” adi kommersiya internetindən ayrıca fəaliyyət göstərsə də, etibarlı rabitə əlaqəsini təmin etməklə istənilən hava şəraitində işə zəmanət verəcək.
İşin dayanıqlığı kommersiya internetinin lokal şəbəkələrində fasilələrin yaranması (məsələn, müəyyən fövqəladə hal, təbii fəlakət və ya terror aktı baş verdikdə şəbəkədən daha çox insanın istifadə etməsi) hallarında böyük əhəmiyyət kəsb edir. “FirstNet” vasitəsilə polis xidməti məlumatı, o cümlədən cinayət hallarının baş verdiyi yerlərin videogörüntüsünü, şübhəli şəxslərin müəyyənləşdirilməsi üçün metaməlumatları və s. ötürəcək. Təqdimatda polis zabitinin mülki şəxsin fotoşəkilini çəkərək mərkəzi məlumat bazasından onun haqqında informasiya soruşması nümayiş olunub. Bu zaman serverdə şübhəli şəxsin üzünün tanınması prosesi baş verir, polis isə öz planşet kompüterində onun barəsində ətraflı məlumat əldə edir.
“4G” texnologiyası bazasında yaradılan “FirstNet” şəbəkəsi ABŞ-ın bir neçə ştatında sınaqlardan keçirilib və 2014-cü ildə onun ölkə səviyyəsində istismara veriləcəyi gözlənilir.
Hüquq müdafiəçiləri artıq polisin biometrik texnologiyalardan nəzarətsiz istifadə etməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Onların fikrincə, belə hallar mütləq qanunvericiliklə məhdudlaşdırılmalıdır, - “Xaker www.xakep.ru” yazır.
ABŞ polisi “FirstNet” xidmət şəbəkəsini yaradır
ABŞ-da polis, yanğınsöndürmə xidməti və digər dövlət idarələrinin ehtiyacı üçün bütün ölkə ərazisini əhatə edəcək “FirstNet” daxili kommunikasiya şəbəkəsinin yaradılması ilə bağlı plan hazırlanıb.Layihənin təqdimatında bildirilib ki, “FirstNet” adi kommersiya internetindən ayrıca fəaliyyət göstərsə də, etibarlı rabitə əlaqəsini təmin etməklə istənilən hava şəraitində işə zəmanət verəcək.
İşin dayanıqlığı kommersiya internetinin lokal şəbəkələrində fasilələrin yaranması (məsələn, müəyyən fövqəladə hal, təbii fəlakət və ya terror aktı baş verdikdə şəbəkədən daha çox insanın istifadə etməsi) hallarında böyük əhəmiyyət kəsb edir. “FirstNet” vasitəsilə polis xidməti məlumatı, o cümlədən cinayət hallarının baş verdiyi yerlərin videogörüntüsünü, şübhəli şəxslərin müəyyənləşdirilməsi üçün metaməlumatları və s. ötürəcək. Təqdimatda polis zabitinin mülki şəxsin fotoşəkilini çəkərək mərkəzi məlumat bazasından onun haqqında informasiya soruşması nümayiş olunub. Bu zaman serverdə şübhəli şəxsin üzünün tanınması prosesi baş verir, polis isə öz planşet kompüterində onun barəsində ətraflı məlumat əldə edir.
“4G” texnologiyası bazasında yaradılan “FirstNet” şəbəkəsi ABŞ-ın bir neçə ştatında sınaqlardan keçirilib və 2014-cü ildə onun ölkə səviyyəsində istismara veriləcəyi gözlənilir.
Hüquq müdafiəçiləri artıq polisin biometrik texnologiyalardan nəzarətsiz istifadə etməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Onların fikrincə, belə hallar mütləq qanunvericiliklə məhdudlaşdırılmalıdır, - “Xaker www.xakep.ru” yazır.
Baxış sayı: 714
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib