12px13px15px17px
Tarix:15/03/14

Paytaxtın rabitə müəssisələrində iməclik keçirilib

Yaz mövsümü ilə əlaqədar olaraq, havaların istiləşməsi və eləcə də, Bakı şəhərində quruculuq-abadlıq işlərinin aparılmasını əsas götürərək bu gün Rabitə və Yüksək Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin tabeçiliyində olan qovşaq, idarə və müəssisələrdə iməclik keçirilib.

İməclikdə qovşaq, idarə və müəssisələrin həyətyani sahələrində, inzibati binaların 25 metrlik məsafələrində, eləcə də, rabitə qurğu və avadanlıqların yerləşdiyi ərazi və sahələrdə, iş otaqlarında təmizlik işləri görülüb.

Bundan başqa, ATS-lərin həyətyani sahələrini quru otlardan, tez alışan məişət tullantılarından təmizlənməsi, ehtiyac olunan sahələrdə yeni agacların əkilməsi təmin edilib.



Baxış sayı: 1036

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024