Tarix:17/03/14
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, San-Fransiskoda keçirilmiş “Optical Fiber Communications” konfransı çərçivəsində “Huawei” və “Xilinx” şirkətləri operator marşrutlayıcıları üçün kart və “Ethernet” standart texnologiyası üzrə trafiki 400 Qbit/san-dək sürətlə ötürə bilən kartlar xəttini təqdim edib. “Huawei”dən bildirilib ki, bu, hələ ki texnologiyanın nümayişidir. ABŞ-da “Huawei” elmi tədqiqat mərkəzinin strategiya direktoru Çak Adams deyib ki, “Xilinx” və “Huawei” şirkətləri texniki cəhətdən həllin istismarına hazırdır, lakin texnologiya hələ ki sertifikatlaşdırılmayıb.
Qeyd edək ki, bəzi operatorlar artıq 400 Qbit/san sürətini dəstəkləyirlər, lakin bu halda texnologiyalar “Ethernet” ilə uyğun deyil. Bundan başqa, hazırda rəsmi “400G-Ethernet” standartı yoxdur, onun istifadəyə verilməsi yalnız 2016-cı ildə gözlənilir. Eyni zamanda, hazırda məhz “Ehternet” şəbəkələrdə trafikin ötürülməsi üzrə ən populyar standartdır.
Hazırda server, fərdi kompüter və mobil qurğular şəbəkələrdə daha çox məlumat ötürürlər və həm operator, həm də məlumat mərkəzlərinin sahibləri daima məlumatların sürətli ötürülməsi texnologiyalarının axtarışındadırlar.
“IEEE (Institute of Electrical and Electronics Engineers)” sahə üzrə institutdan bildirilib ki, hələ ki onlar yeni texnologiyanın standartlaşdırılması üzrə işçi qrupu formalaşdırmayıblar. Lakin deyilib ki, aprelin sonunadək işçi qrup formalaşdırılacaq və institut hesab edir ki, sözügedən texnologiyanın standartlaşdırılması yalnız 2017-ci ildə olacaq.
Emil Hüseynov
“Huawei” 400 qiqabitlik “Ethernet” həll hazırlayıb
Çinin “Huawei Technologies” şirkəti “Xilinx” çip istehsalçısı ilə birgə sahə mütəxəssislərinə 400 Qbit-lik “Ethernet” nümunələrini nümayiş etdirib. Lakin sözügedən texnologiyanın standartlaşdırılması üçün ən azı bir neçə il vaxt lazımdır.“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, San-Fransiskoda keçirilmiş “Optical Fiber Communications” konfransı çərçivəsində “Huawei” və “Xilinx” şirkətləri operator marşrutlayıcıları üçün kart və “Ethernet” standart texnologiyası üzrə trafiki 400 Qbit/san-dək sürətlə ötürə bilən kartlar xəttini təqdim edib. “Huawei”dən bildirilib ki, bu, hələ ki texnologiyanın nümayişidir. ABŞ-da “Huawei” elmi tədqiqat mərkəzinin strategiya direktoru Çak Adams deyib ki, “Xilinx” və “Huawei” şirkətləri texniki cəhətdən həllin istismarına hazırdır, lakin texnologiya hələ ki sertifikatlaşdırılmayıb.
Qeyd edək ki, bəzi operatorlar artıq 400 Qbit/san sürətini dəstəkləyirlər, lakin bu halda texnologiyalar “Ethernet” ilə uyğun deyil. Bundan başqa, hazırda rəsmi “400G-Ethernet” standartı yoxdur, onun istifadəyə verilməsi yalnız 2016-cı ildə gözlənilir. Eyni zamanda, hazırda məhz “Ehternet” şəbəkələrdə trafikin ötürülməsi üzrə ən populyar standartdır.
Hazırda server, fərdi kompüter və mobil qurğular şəbəkələrdə daha çox məlumat ötürürlər və həm operator, həm də məlumat mərkəzlərinin sahibləri daima məlumatların sürətli ötürülməsi texnologiyalarının axtarışındadırlar.
“IEEE (Institute of Electrical and Electronics Engineers)” sahə üzrə institutdan bildirilib ki, hələ ki onlar yeni texnologiyanın standartlaşdırılması üzrə işçi qrupu formalaşdırmayıblar. Lakin deyilib ki, aprelin sonunadək işçi qrup formalaşdırılacaq və institut hesab edir ki, sözügedən texnologiyanın standartlaşdırılması yalnız 2017-ci ildə olacaq.
Emil Hüseynov
Baxış sayı: 731
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib