Tarix:17/03/14
“QUTechnopark”ın təşkilatçılığı ilə sahibkarlığın inkişafına dəstək məqsədi ilə keçirilən “Yeni fikir” müsabiqəsinin (YFM) 2014-cü il layihəsi əsasında yarımfinal proqramı başa çatıb.
Təşkilat Komitəsindən verilən məlumata görə, 168 iş fikri komandasının (layihə qrupunun) mübarizə apardığı yarışmada 24 layihə yarımfinala vəsiqə qazanmışdı:
“Martın 15-də keçirilən yarımfinal proqramında 24 iş fikri komandası öz təqdimatları ilə münsiflər heyəti qarşısında, iş fikirlərinin real biznesdə daha rəqabətli olduğunu iddia edərək, finala vəsiqə qazanmaq uğrunda yarışdılar.
Yarımfinal təqdimatlarının nəticələrinə əsasən, real biznesə ən yaxın 10 iş fikrinin - layihənin Münsiflər Heyəti tərəfindən finalda yarışmasını uyğun gördü”. Finala vəsiqə qazanan layihələrə “Antiviruslar.az”, “BethClip”, “EnWo”, “GriG”, “Səslə idarəetmə prototipi”, “Spark Studio”, “Şparqalka Fənlər”, “Tomi`s Aerial Vehicle”, “Tuning Fork” , “YolDaş” daxildir. Finala vəsiqə qazanmış layihələrin inkişafına əlavə təlimlərlə yanaşı, mentor dəstəyi də veriləcək.
Qeyd edək ki, “YFM 2014” əsasında ən yaxşı 5 iş fikri layihəsi seçiləcək. Həmin layihələrin şirkətləşməsi istiqamətində komandaların iş şəraitini təmin etmək üçün “QUTechnopark”da fəaliyyət göstərən İnkubasiya Mərkəzində zəruri ehtiyacları ilə təmin olunmuş ofislə təmin olunacaq. Ofislər qalib gələcək iş fikri komandalarına bir il müddətinə pulsuz veriləcək. Bundan əlavə, 1-ci yer üçün 10000 manat, 2-ci yer üçün 5000 manat, 3-cü yer üçün isə 3000 manat pul mükafatı da ayrılıb. Ayrılan pul mükafatları iş fikirlərinin şirkətləşməsi istiqamətində xərclənməsi üçün
nəzərdə tutulub.
Həqiqət İSABALAYEVA
“Yeni fikir” müsabiqəsinin yarımfinal proqramı başa çatdı

Baxış sayı: 660
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır