Tarix:17/03/14
Belə ki, Yaponiyada elektron qurğuların satışını izləyən “BCN” şirkətinin məlumatına görə, fevralda ölkədə ən populyar smartfon “iPhone 5s” modeli olub. Həmin ayda Yaponiya smartfon bazarının 44,5 faizi bu modelin payına düşür. Payı 5,9 faiz təşkil edən “Apple iPhone 5c” modeli ilə birlikdə ötən ay gündoğar ölkədə satılan smartfonların təxminən yarısı “Apple” şirkətinə məxsus olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin dekabrında “Apple”ın Yaponiya bazarında payı 44 faizə bərabər olub.
Ötən il bu ölkədə smartfon satışı ABŞ istehsalçısına 13,5 milyard dollar gəlir gətirib ki, bu da illik mədaxilin 7,9 faizi deməkdir.
Ötən ilin son rübündə “Apple”ın smartfonlardan əldə etdiyi gəliri 5 milyard dollar və ya bütün mədaxilin 8,6 faizini təşkil edib ki, bu da şirkətə üç ay ərzində 11,6 faizlik əməliyyat mənfəəti qazandırıb.
Fevralda “Apple” ilə yanaşı, “Sony” şirkəti də qənaətbəxş fəaliyyət göstərsə də, nəticələri ABŞ istehsalçısının uğurları ilə müqayisəedilməzdir. Məsələn, “Sony Xperia Z1 Compact”ın versiyası olan “Sony Xperia Z1 f” modeli Yaponiya bazarında 2,3 faizlik paya sahib çıxdığı halda fevralın yekunları üzrə “Sony Xperia Z1” bu bazarda 2 faizlik payla kifayətlənib, - "3DNews www.3dnews.ru” yazır.
Fevralda Yaponiyada smartfon satışlarının yarısı “iPhone” modelinin payına düşüb
“Apple” şirkətinin “iPhone” smartfon modeli Yaponiyada ən populyar qurğu olmaqda davam etməklə satış həcminə görə rəqib şirkətlərin mobil qurğularını xeyli geridə qoyur.Belə ki, Yaponiyada elektron qurğuların satışını izləyən “BCN” şirkətinin məlumatına görə, fevralda ölkədə ən populyar smartfon “iPhone 5s” modeli olub. Həmin ayda Yaponiya smartfon bazarının 44,5 faizi bu modelin payına düşür. Payı 5,9 faiz təşkil edən “Apple iPhone 5c” modeli ilə birlikdə ötən ay gündoğar ölkədə satılan smartfonların təxminən yarısı “Apple” şirkətinə məxsus olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin dekabrında “Apple”ın Yaponiya bazarında payı 44 faizə bərabər olub.
Ötən il bu ölkədə smartfon satışı ABŞ istehsalçısına 13,5 milyard dollar gəlir gətirib ki, bu da illik mədaxilin 7,9 faizi deməkdir.
Ötən ilin son rübündə “Apple”ın smartfonlardan əldə etdiyi gəliri 5 milyard dollar və ya bütün mədaxilin 8,6 faizini təşkil edib ki, bu da şirkətə üç ay ərzində 11,6 faizlik əməliyyat mənfəəti qazandırıb.
Fevralda “Apple” ilə yanaşı, “Sony” şirkəti də qənaətbəxş fəaliyyət göstərsə də, nəticələri ABŞ istehsalçısının uğurları ilə müqayisəedilməzdir. Məsələn, “Sony Xperia Z1 Compact”ın versiyası olan “Sony Xperia Z1 f” modeli Yaponiya bazarında 2,3 faizlik paya sahib çıxdığı halda fevralın yekunları üzrə “Sony Xperia Z1” bu bazarda 2 faizlik payla kifayətlənib, - "3DNews www.3dnews.ru” yazır.
Baxış sayı: 673
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır