Tarix:17/03/14
"Millikart"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "VISA Personal Payment"/"MasterCard Money Transfer" xidməti vasitəsilə kart sahibləri "VISA" və "MasterCard" kartlarından respublikamızın və digər ölkələrin bankları tərəfindən buraxılan "VISA" və "MasterCard" kartlarına banka getmədən pul köçürə bilərlər. Bu xidmət vasitəsilə köçürmələr ölkə daxilində milli valyutada, ölkədən kənara isə xarici valyutada aparıla bilər. Xidmətdən istifadə etmək üçün banka yaxınlaşmaq tələb olunmur, bütün "VISA" və "MasterCard" kartları avtomatik olaraq xidmətə bağlıdır.
Qeyd etdiyimiz xidmətin üstünlükləri: vəsaitlərin göndərilməsi və alınması VPP və ya MMS xidmətinə qoşulmuş dünyanın istənilən bankının bankomatında mümkündür, göndərilən vəsait saniyələr ərzində istifadəyə yararlı olur, xidmətə qoşulmaq üçün banka yaxınlaşmaq tələb olunmur vəsaiti göndərmək üçün yalnız vəsaiti alacaq şəxsin kart nömrəsi kifayətdir. "VISA Personal Payment" və "MasterCard Money Transfer" xidmətində əməliyyati aparmaq üçün bankomata yaxınlaşaraq kart daxil edilir və PİN-kod yığıldıqdan sonra bankomatın ümumi menyusuna yönləndirilir. Açılmış menyuda "Pul Köçürmələri" xidməti seçilir.
Həmin menyuda "Beynəlxalq köçürmə" düyməsinə basılır. Açılan pəncərədə alan tərəfin kart nömrəsini daxil etmək xahiş olunur və "Davam et" düyməsinə basılır.
Növbəti pəncərədə göndərilən pul vəsaitinin valyutası seçilir və istifadəçi razılaşması ilə tanış olunaraq "Qəbul et" düyməsinə basılır. Növbəti addımda köçürülən məbləğ daxil olunur və "Davam et" düyməsinə basılır. Açılmış pəncərədə daxil edilmiş kart nömrəsi, valyuta və pul köçürməsi üçün tutulan komissiya məbləği əks olunur. Bu məlumatlar bir daha nəzərdən keçirilir və düzgün olduğu halda "Bəli" düyməsi sıxılır və beləliklə, əməliyyat uğurla başa çatmış olur.
Qeyd edək ki, PVV və MMS pulköçürmələri üzrə komissiya haqları göndərən kartın məxsus olduğu bank tərəfindən təyin olunur.
Aynur Vəliyeva
“MilliKart” müştərilərinə “VISA Personal Payment”/”MasterCard Money Transfer” sürətli pulköçürmələri xidmətini təqdim edib
"MilliKart" "VİSA" və "MasterCard" kartlarına sahib olan minlərlə insanı "VISA Personal Payment"/"MasterCard Money Transfer" xidməti vasitəsilə təhlükəsiz, rahat və tez pulköçürmələri ilə təmin etdi."Millikart"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "VISA Personal Payment"/"MasterCard Money Transfer" xidməti vasitəsilə kart sahibləri "VISA" və "MasterCard" kartlarından respublikamızın və digər ölkələrin bankları tərəfindən buraxılan "VISA" və "MasterCard" kartlarına banka getmədən pul köçürə bilərlər. Bu xidmət vasitəsilə köçürmələr ölkə daxilində milli valyutada, ölkədən kənara isə xarici valyutada aparıla bilər. Xidmətdən istifadə etmək üçün banka yaxınlaşmaq tələb olunmur, bütün "VISA" və "MasterCard" kartları avtomatik olaraq xidmətə bağlıdır.
Qeyd etdiyimiz xidmətin üstünlükləri: vəsaitlərin göndərilməsi və alınması VPP və ya MMS xidmətinə qoşulmuş dünyanın istənilən bankının bankomatında mümkündür, göndərilən vəsait saniyələr ərzində istifadəyə yararlı olur, xidmətə qoşulmaq üçün banka yaxınlaşmaq tələb olunmur vəsaiti göndərmək üçün yalnız vəsaiti alacaq şəxsin kart nömrəsi kifayətdir. "VISA Personal Payment" və "MasterCard Money Transfer" xidmətində əməliyyati aparmaq üçün bankomata yaxınlaşaraq kart daxil edilir və PİN-kod yığıldıqdan sonra bankomatın ümumi menyusuna yönləndirilir. Açılmış menyuda "Pul Köçürmələri" xidməti seçilir.
Həmin menyuda "Beynəlxalq köçürmə" düyməsinə basılır. Açılan pəncərədə alan tərəfin kart nömrəsini daxil etmək xahiş olunur və "Davam et" düyməsinə basılır.
Növbəti pəncərədə göndərilən pul vəsaitinin valyutası seçilir və istifadəçi razılaşması ilə tanış olunaraq "Qəbul et" düyməsinə basılır. Növbəti addımda köçürülən məbləğ daxil olunur və "Davam et" düyməsinə basılır. Açılmış pəncərədə daxil edilmiş kart nömrəsi, valyuta və pul köçürməsi üçün tutulan komissiya məbləği əks olunur. Bu məlumatlar bir daha nəzərdən keçirilir və düzgün olduğu halda "Bəli" düyməsi sıxılır və beləliklə, əməliyyat uğurla başa çatmış olur.
Qeyd edək ki, PVV və MMS pulköçürmələri üzrə komissiya haqları göndərən kartın məxsus olduğu bank tərəfindən təyin olunur.
Aynur Vəliyeva
Baxış sayı: 920
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır