Tarix:17/03/14
2010-2013-cü illər ərzində Londonda təsis edilən 300-dən çox şirkət təxminən 1,5 milyard funt-sterlinq məbləğində investisiya cəlb edib. Bu il artıq Böyük Britaniya texnoloji şirkətlərinin satışı ilə bağlı iki böyük saziş (Google şirkəti DeepMind, Zynga isə NaturalMotion şirkətlərini satın alıb) imzalanıb.
Britaniya paytaxtında əksər texnoloji şirkətlər Şərqi Londonun Old-strit küçəsindəki “Silicon Roundabout” yolayrıcında fəaliyyət göstərir. Lakin mer hesab edir ki, şirkətlər artıq şəhərin digər rayonlarında da fəaliyyətə başlamalıdır. Bu yaxınlarda Böyük Britaniya hökumətinin Old-stritdə yerləşən texnoloji mərkəzin yenidən qurulmasına 50 milyon funt-sterlinqin ayrılmasına hazır olmamamsı məlum olub.
B.Conson bəyan edib ki, iyunun 16-20-də Londonda ilk “Yüksək texnologiyalar həftəsi” keçiriləcək. Onun sözlərinə görə, həftəlik tədbirlərdə texnologiya sahəsinin mindən çox görkəmli nümayəndəsinin iştirakı gözlənilir, - "Computerworld” www.osp.ru yazır.
London dünyanın texnoloji paytaxtına çevriləcək
2010-cu ildə “Tech City” texnoloji şirkətlərə dəstək proqramı istifadəyə verildikdən sonra London Avropanın nəhəng texnoloji mərkəzinə çevrilib. Bu barədə London meri Boris Conson deyib.2010-2013-cü illər ərzində Londonda təsis edilən 300-dən çox şirkət təxminən 1,5 milyard funt-sterlinq məbləğində investisiya cəlb edib. Bu il artıq Böyük Britaniya texnoloji şirkətlərinin satışı ilə bağlı iki böyük saziş (Google şirkəti DeepMind, Zynga isə NaturalMotion şirkətlərini satın alıb) imzalanıb.
Britaniya paytaxtında əksər texnoloji şirkətlər Şərqi Londonun Old-strit küçəsindəki “Silicon Roundabout” yolayrıcında fəaliyyət göstərir. Lakin mer hesab edir ki, şirkətlər artıq şəhərin digər rayonlarında da fəaliyyətə başlamalıdır. Bu yaxınlarda Böyük Britaniya hökumətinin Old-stritdə yerləşən texnoloji mərkəzin yenidən qurulmasına 50 milyon funt-sterlinqin ayrılmasına hazır olmamamsı məlum olub.
B.Conson bəyan edib ki, iyunun 16-20-də Londonda ilk “Yüksək texnologiyalar həftəsi” keçiriləcək. Onun sözlərinə görə, həftəlik tədbirlərdə texnologiya sahəsinin mindən çox görkəmli nümayəndəsinin iştirakı gözlənilir, - "Computerworld” www.osp.ru yazır.
Baxış sayı: 713
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır