12px13px15px17px
Tarix:17/03/14

“Dilmanc” elmi tədqiqatçıları işə qəbul edir

"Dilmanc" layihəsinə yeni nəsil intellektual texnologiyaların yaradılması üçün riyaziyyat sahəsində elmi tədqiqatçılar tələb olunur.

Bu texnologiyalara kompüter tərəfindən insan nitqinin başa düşülərək ona cavab verilməsi, şifahi nitqin başqa dilə avtomatik tərcüməsi, böyük həcmli verilənlərin (Big Data) emalı və digər sistemlər daxildir. Layihə çərçivəsində elmi tədqiqatçılar bu texnologiyaların riyazi nəzəriyyəsini araşdırır və onların yaradılmasında proqramçılarla birgə iştirak edirlər.

"Dilmanc" layihəsində elmi potensialı realizasiya etmək, nəzəriyyədən praktik məhsula keçmək üçün həm güclü proqramçı qrupu, həm də paylanmış hesablama sistemi, "MapReduce" sxemi ilə işləyən proqram təminatı və digər infrastruktur mövcuddur. İstifadəçilərdən alınan daimi əks-əlaqə tədqiqatçıların tədqiqat aparmaq stimulunu artırmaqla yanaşı, həm də hansı sahələrə daha çox fikir verməli olduqlarını bildirir.

Qeyd edək ki, sözügedən vakansiya haqqında ətraflı məlumatı "http://www.dilmanc.az/az/jobs/researcher" linki vasitəsilə əldə etmək olar.


CAHANGİR



Baxış sayı: 1037

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024