12px13px15px17px
Tarix:18/03/14

“Apple” şirkəti Hindistanda yeni formatda mağazalar açacaq

Tezliklə “Apple” yeni formatda mağaza təqdim edəcək. Şirkət Hindistanda bazar payını yüksəltmək məqsədi ilə ölkə ərazisində bir çox kiçik ticarət nöqtələri açmağı planlaşdırır. Bu mağazalar “iPhone 4”, “iPad 2” və “iPad mini” modellərinin satışı üzrə ixtisaslaşacaq.

 “unian.net” saytı bildirir ki, sözügedən mağaza formatının sahəsi 40-60 kvadrat metr təşkil edəcək.
“Alma” şirkətinin planına əsasən, ən azı 100 mağazanın açılışı nəzərdə tutulub. Artıq bu mağazaların yerləşəcəyi şəhərlər bəllidir. Hazırda onlar üçün heyət toplanılır. Tələbələrə üstünlük verilir.

“Apple” şirkətinin Hindistanda mağazası yoxdur. Lakin heç də zəngin olmayan ölkədə ənənəvi “AppleStore” mağazası açmaq əlverişli deyil. Buna görə şirkət yenə formata üstünlük verib.

Hindistan bazarı “Apple” üçün xüsusi önəm daşıyır. Yalnız 2013-cü ildə bu ölkədə smartfonların satış həcminin artım tempi 129 faiz olub.

Emil Hüseynov 




Baxış sayı: 707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024