Tarix:18/03/14
Bu ölkənin Potsdam şəhərində reallaşan simpoziumu açan Almaniya Audit Məhkəməsinin prezidenti Dieter Engels müasir dövrdə İT-nin tətbiqinin əhəmiyyəti və üstünlükləri ilə bağlı fikirlərini bölüşüb.
O, tədbirin “Kənar audit üçün İT ilə əlaqədar çətinliklər” mövzusuna həsr edilməsində məqsədləri haqqında danışaraq qeyd edib ki, audit sistemində informasiya-kommunikasiya texnologiyalarının əhəmiyyəti günü-gündən daha da artır.
Simpoziumun açılışından sonra Palatanın nümayəndə heyəti “Maliyyə hesabatlarının AAQ-ların beynəlxalq standartlarına uyğun olaraq auditin keçirilməsinin təməl prinsipləri”, “İllik hesabların sertifikatlaşdırılması”, “Fərdi hesabların auditinə İT dəstəyi”, “Gəlirlər üzrə ödəniş sisteminin təhlili", “ACL proqram təminatının köməyilə maliyyə auditinin keçirilməsi”, “Satınalma həcmlərinin vizuallaşdırılması”, “E-hökumət üzrə audit növləri, nəticələri və bu sahədəki meyillər”, “E-Hökumət Portfeli” layihəsinin səmərəliliyinin qiymətləndirilməsi”, “Dövlət administrasiyasında E-Hökumətin Auditi” mövzularında təqdimat və müzakirələrin iştirakçısı olub.
Tədbirlərdə, həmçinin Türkiyə, İsveçrə, Çexiya, Gürcüstan, Macarıstan və s. ölkələrin AAQ rəhbərləri, o cümlədən bir sıra beynəlxalq təşkilatlardan və Almaniyanın Federal torpaqları üzrə AAQ-lardan nümayəndə heyətləri də iştirak edib.
Seymur
“E-Hökumət üzrə audit növləri, nəticələri və bu sahədəki meyillər”
Almaniyada kənar auditin 300 illik yubileyi münasibətilə İnformasiya Texnologiyalarına (İT) dair Beynəlxalq simpozium və memorial kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.Bu ölkənin Potsdam şəhərində reallaşan simpoziumu açan Almaniya Audit Məhkəməsinin prezidenti Dieter Engels müasir dövrdə İT-nin tətbiqinin əhəmiyyəti və üstünlükləri ilə bağlı fikirlərini bölüşüb.
O, tədbirin “Kənar audit üçün İT ilə əlaqədar çətinliklər” mövzusuna həsr edilməsində məqsədləri haqqında danışaraq qeyd edib ki, audit sistemində informasiya-kommunikasiya texnologiyalarının əhəmiyyəti günü-gündən daha da artır.
Simpoziumun açılışından sonra Palatanın nümayəndə heyəti “Maliyyə hesabatlarının AAQ-ların beynəlxalq standartlarına uyğun olaraq auditin keçirilməsinin təməl prinsipləri”, “İllik hesabların sertifikatlaşdırılması”, “Fərdi hesabların auditinə İT dəstəyi”, “Gəlirlər üzrə ödəniş sisteminin təhlili", “ACL proqram təminatının köməyilə maliyyə auditinin keçirilməsi”, “Satınalma həcmlərinin vizuallaşdırılması”, “E-hökumət üzrə audit növləri, nəticələri və bu sahədəki meyillər”, “E-Hökumət Portfeli” layihəsinin səmərəliliyinin qiymətləndirilməsi”, “Dövlət administrasiyasında E-Hökumətin Auditi” mövzularında təqdimat və müzakirələrin iştirakçısı olub.
Tədbirlərdə, həmçinin Türkiyə, İsveçrə, Çexiya, Gürcüstan, Macarıstan və s. ölkələrin AAQ rəhbərləri, o cümlədən bir sıra beynəlxalq təşkilatlardan və Almaniyanın Federal torpaqları üzrə AAQ-lardan nümayəndə heyətləri də iştirak edib.
Seymur
Baxış sayı: 809
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır