Tarix:19/03/14
AMEA-dan bildirilib ki, Kişinyov şəhərində Moldova Elmlər Akademiyasının binasında keçirilən iclasda “Şərqi Tərəfdaşlıq ölkələri üçün Horizon 2020 mövzularının aktuallığı” adlı təqdimatla çıxış edən B.Seyidov Avropa Birliyinin tədqiqat və innovasiya üzrə “Horizon 2020” proqramına dair AMEA-nın fəaliyyəti barədə məlumat verib. AMEA rəsmisi Azərbaycan Milli Elmlər Akademiyasının prioritet istiqamətləri, nəzərdə tutulan tədbirlər, “Horizon 2020” üzrə hazırlıq layihələri, eləcə də əlaqələndirici şəxslərin və mövzuların seçilməsi istiqamətində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Moldova Elmlər Akademiyasının prezidenti, akademik Georgi Duka, Moldova Parlamentinin “Mədəniyyət, təhsil, tədqiqat, gənclər, idman və kütləvi informasiya vasitələri” komitəsinin sədri Kiril Luçinski, Avropa Komissiyasının Tədqiqat və İnnovasiya üzrə Baş direktoru Robert Jan Smits iştirak ediblər.
Səfər çərçivəsində, həmçinin Moldova Elmlər Akademiyasının Beynəlxalq əlaqələr idarəsinin rəhbərliyi ilə də görüş keçirilib, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Həqiqət İSABALAYEVA
“Horizon 2020” üzrə Azərbaycanın hazırlıq layihələri haqda Moldovada təqdimat keçirilib
Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələri üçün ayırdığı “Horizon 2020” proqramı ilə bağlı müzakirələr aparmaq üçün Moldovada keçirilən iclas başa çatıb. Sözügedən iclasda aparılan müzakirələrə Azərbaycandan AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov qatılıb.AMEA-dan bildirilib ki, Kişinyov şəhərində Moldova Elmlər Akademiyasının binasında keçirilən iclasda “Şərqi Tərəfdaşlıq ölkələri üçün Horizon 2020 mövzularının aktuallığı” adlı təqdimatla çıxış edən B.Seyidov Avropa Birliyinin tədqiqat və innovasiya üzrə “Horizon 2020” proqramına dair AMEA-nın fəaliyyəti barədə məlumat verib. AMEA rəsmisi Azərbaycan Milli Elmlər Akademiyasının prioritet istiqamətləri, nəzərdə tutulan tədbirlər, “Horizon 2020” üzrə hazırlıq layihələri, eləcə də əlaqələndirici şəxslərin və mövzuların seçilməsi istiqamətində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Moldova Elmlər Akademiyasının prezidenti, akademik Georgi Duka, Moldova Parlamentinin “Mədəniyyət, təhsil, tədqiqat, gənclər, idman və kütləvi informasiya vasitələri” komitəsinin sədri Kiril Luçinski, Avropa Komissiyasının Tədqiqat və İnnovasiya üzrə Baş direktoru Robert Jan Smits iştirak ediblər.
Səfər çərçivəsində, həmçinin Moldova Elmlər Akademiyasının Beynəlxalq əlaqələr idarəsinin rəhbərliyi ilə də görüş keçirilib, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 569
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır