12px13px15px17px
Tarix:17/08/11

“Google”-un son 10 ildə aldığı ən bahalı 10 şirkət

“Google” şirkətinin müvəffəqiyyəti şirkətin hansı startapları əldə etməsindən çox asılı idi. Çünki şirkət onlarla birlikdə yalnız layihəni deyil, həm də onu yaratmış ekspertləri və texnologiyaları alıb.
Son 10 ildə “Google” müxtəlif miqyas və ixtisaslaşmaya aid olan100-dən çox şirkət alıb. Həmin şirkətlərdən 10 ən bahalısı aşağıdakılardır:
1. “Motorola Mobility” (12,5 milyard dollar). “Google” şirkətinin tarixində ən bahalı alışı 1-2 gün əvvəl həyata keçirilib. Bu, şirkətin mobil texnologiyalarda növbəti sıçrayışı haqqında düşünməyə əsas verir.
2. “DoubleClick” (3,1 milyard dollar). 2007-ci ilin aprel ayında “Google” reklam biznesinin nəhəngi – “DoubleClick”i əldə etməklə öz “AdSense” reklam xidmətini əhəmiyyətli dərəcədə gücləndirib.
3. “YouTube” (1,65 milyard dollar). “Google” şirkəti “YouTube”ni 2006-cı ildə alıb. Hərçənd videoservis istənilən qədər pul qazandırmasa da, lakin belə hiperpopulyar sayta yiyələnmə “Google” üçün çox əhəmiyyətli olub.
4. “AdMob” (750 milyon dollar). 2009-cu ilin noyabr ayında “AdMob”u alması “Google”-un mobil istiqamətini gücləndirib və reklam imkanlarını “Android” platformasına inteqrasiya etməsinə şərait yaradıb.
5. “iTA Software” (700 milyon dollar). “Google” bu şirkət üçün böyük məbləğ ödəməyə təəssüflənməyib. Belə ki, bu, internet nəhənginə bütün dünya üzrə aviareyslər haqqında informasiyanı daha effektiv axtarmağa əhəmiyyətli dərəcədə kömək edib.
6. “Postini” (625 milyon dollar). “Bulud” poçt texnologiyalarına və spamın filtrlənməsində ixtisaslaşan startap 2007-ci ilin yayında Google” tərəfindən satın alınıb. Bu satınalma “Gmail” elektron poçt xidmətinin inkişafında əhəmiyyətli rol oynayıb.
7. “AdMeld” (400 milyon dollar). 2011-ci ilin iyun ayında əldə edilmiş daha bir reklam şirkətidir. “Google” şirkəti startapı öz reklam biznesinə inteqrasiya edərək onu daha da gücləndirib.
8. “Slide” (182 milyon dollar). Sosial oyunların istehsalçısı təxminən 1 il əvvəl alınıb. “Slide”-ın yaradıcısı Ukrayna sakini Maks Levçindir. İndi o, “Google” vitse-prezidenti vəzifəsini tutur və onun texnologiyaları “Google Games”-in işə salınması üçün istifadə edilib.
9. “On2 Technologies” (133 milyon dollar). Videosıxma texnologiyalarını hazırlayan şirkət 2010-cu ilin fevral ayında “Google” tərəfindən aralarındakı uzunmüddətli mübahisələrdən sonra alınıb. Axtarış sistemi öz “WebM” kodekinin hazırlanmasında “On2”-dən istifadə edib.
10. “dMarc Broadcasting” (102 milyon dollar). Reklam şirkəti 2006-cı ilin yanvar ayında alınıb. “Google onu öz “AdSense” xidmətinə inteqrasiya edib.



Baxış sayı: 2142

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024