12px13px15px17px
Tarix:19/03/14

Azərbaycanda “*.baku” yuxarı səviyyəli domeninin “ICANN”-da qeydiyyatdan keçirilməsi məsələsinə gələn il baxıla bilər


Azərbaycanın milli “*.az” domeni administratoru olan “Intrans” şirkəti “*.baku” domeninin “ICANN” (internetdə domen adları və zonaların verilməsini həyata keçirən təşkilat – Internet Corporation for Assigned Names and Numbers) korporasiyasının  qeydiyyatdan keçirilməsi məsələsinə 2015-ci ildə baxmasını istisna etmir.

Şirkətdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, hazırkı mərhələdə “*.baku” yuxarı səviyyəli domeninin “ICANN”-da qeydiyyatdan keçirilməsi  qeyri-rentabel bir layihədir.
“Hazırda “ICANN” yüksəksəviyyəli  domenlərin qeydiyyatının ilkin mərhələsini həyata keçirir və bu mərhələdə “*.baku” domeninin qeydiyyat məsələsinin  müzakirə edilməsi üçün “ICANN”-a 185 min dollar tələb olunur, domenin “News gTLD” proqramı çərçivəsində qeydiyyatdan keçirilməsi isə 500 min dollara başa gələ bilər, bu isə iqtisadi nöqteyi-nəzərdən sərfəli layihə deyil.   Çünki bu domenin gələcəkdə istifadəçilər tərəfindən yüksək marağa səbəb olacağı sual altındadır. “İntrans” şirkəti bu məsələni 2015-ci ildə yenidən nəzərdən keçirə bilər, çünki növbəti mərhələdə bunu həyata keçirmək daha səmərəli olar. Bütün bunlara baxmayaraq,  dövlət imici nöqteyi-nəzərindən layihənin həyata keçirilməsinə maraq göstərdiyi halda gələn il bunun həyata keçirilməsi mümkündür. Onu da qeyd etmək lazımdır ki, domenin təhlükəsizliyi haqda narahat olmağa dəyməz, çünki “*.baku” domeni coğrafi adla bağlı olduğu üçün digər ölkə və fərdi şəxs tərəfindən qeydiyyatdan keçirilə bilməz”, - deyə şirkətdə bildiriblər.

Qeyd edək ki, “ICANN” növbəti bir neçə il ərzində təxminən 1400 yeni domen zonasının qeydiyyatını nəzərdə tutub. “ICANN”-da deyirlər ki, yeni domen zonaları internetdə biznesin qurulması prinsiplərini dəyişməyə imkan verəcəklər və interneti transformasiya edəcək. İxtisaslaşdırılmış domen zonaları iş adamlarına daha dəqiq mövqe tutmağa, gözəl və yaddaqalan domen adlarına malik olmaq imkanı verəcək. Lakin bir sıra mütəxəssislər bu mövqeyinə görə “ICANN”-ı tənqid edirlər. Onlar hesab edirlər ki, təşkilatın bu addımı ticarət nişanlarının sahibləri üçün əlavə xərclər  və kibersaxtakarların fəaliyyəti üçün münbit şərait yaradacaq.

“ICANN” isə  öz növbəsində yeni domen zonalarının tətbiqi mərhələsində 700 yeni “gTLD”-nin təsdiqlənməsini nəzərdə tutur.

Bu proqram çərçivəsində təşkilat tərəfindən “*.guru”, “*.ventures”, “*.camera”, “*.clothing”, “*.lighting”, “*.singles”, “*.voyage”, “*.holdings”, “*.equipment” və s. domen zonaları təsdiqlənib.

Aynur Vəliyeva



Baxış sayı: 863

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024