12px13px15px17px
Tarix:19/03/14

Gənc sahibkarlar üçün yeni internet portalı istifadəyə verilib

Azərbaycanda Gənclərin Sahibkarlıq Proqramı (“Youth Inc”) çərçivəsində gənc sahibkarlar üçün internet portalı – “www.youthinc.az” istifadəyə verilib. Ölkədə “gənc sahibkarlıq” anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının  artırılması və gənclərin öz biznesini yaratmasına dəstək olmaq məqsədilə ərsəyə gələn “Youth Inc” Proqramı illər ərzində toplanmış təcrübənin nəticəsi olmaqla yanaşı, gənc sahibkarlığa dəstəyin yeni formatı, istiqamətidir.

 Proqram çərçivəsində gənc sahibkarlar üçün yaradılan alətlərdən biri – məhz “www.youthinc.az” internet portalıdır. Bu sayt vasitəsilə gənc sahibkarlar, gənc sahibkar olmaq istəyən şəxslər və proqram iştirakçıları fərdi səhifələr yarada və bir-biri ilə ünsiyyət qura bilər. Portalda fəaliyyət göstərən Forum bölməsi gənclərə biznesin müxtəlif aspektləri barəsində məlumat bölüşməyə, müzakirələr aparmağa imkan verəcək. Bloq vasitəsilə gənc sahibkarlar üçün ekspertlər tərəfindən məqalələr dərc olunacaq. Hazırda internet portlada gənc sahibkarlar üçün elektron xidmətlərin göstərilməsi də planlaşdırılır.


Qeyd edək ki, “Youth Inc” Proqramına 2013-cü ilin yanvar ayında gənclərin sahibkarlıq sahəsində təlimləndirilməsi və gənclər üçün biznes-klubların yaradılmasını nəzərdə tutan “Gənclərin Biznes Şəbəkəsi” adlı pilot layihə ilə start verilib.

Bu günə qədər proqram çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində 4 biznes-klub yaradılıb, 2 minə yaxın gənc proqramdan yararlanıb, 7 gənc sahibkar öz biznesinə başlayıb və 3 gənc sahibkar yeni investisiyalar əldə edib.

Seymur



Baxış sayı: 1196

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024