Tarix:27/03/14
Bundan əlavə, televiziya tamaşaçılarının 41 faizinin televizora baxan zaman eyni anda mobil qurğulardan istifadə etməsi diqqət çəkir. Həmçinin tamaşaçıların 70 faizinin verilişlərin mövzusu ilə əlaqəsi olmayan kontentlə maraqlanması xüsusilə qeyd edilməlidir. Hesabata əsasən, televiziya reklamı digər mövzularla müqayisədə hələ də daha çox diqqət cəlb edir və iri şirkətlər arasında üstünlüyə malikdir.
Televiziya reklamına marketinq büdcəsi mobil büdcəni xeyli üstələyir. Lakin mobil qurğuların populyarlığının artması ilə vəziyyətin tezliklə dəyişəcəyi gözlənilir. Bu yaxınlaradək şirkətlər smartfon və planşetlərdə reklama vəsait qoyuluşuna çox səy göstərmirdilər. Belə ki, onları bundan texnologiyalar və auditoriyanın hesablanması ilə bağlı çətinliklər çəkindirirdi. Hazırda isə belə maneələrə daha az rast gəlinir.
“eMarketer” şirkətinin 2013-cü il üçün hesabatında deyilir ki, ilin yekunları üzrə amerikalılar hər gün öz smartfon və planşetlərinə təxminən 2 saat 21 dəqiqə vaxt sərf edəcəklər. 2010-cu ildə onlar mobil qurğulardan istifadəyə danışıq vaxtı daxil olmamaqla cəmi 24 dəqiqə sərf edirdilər.
Bununla yanaşı, televiziya Böyük Britaniya, Fransa və İspaniya kimi ölkələrdə smartfonlardan populyar olaraq qalır. Noutbuklardan isə daha çox Rusiya, Macarıstan, Polşa və Slovakiya istifadəçiləri yararlanır, - “Vesti” www.vesti.ru yazır.
Amerikalılar smartfonlara televizordan daha çox vaxt ayırırlar
Amerikalılar smartfonlara televizora baxmaqdan daha çox vaxt ayırırlar. Bu barədə “Millward Brown” şirkətinin hesabatında deyilir. Sorğunun nəticələrinə görə, ABŞ sakinləri televizor qarşısında orta hesabla 147, smartfonlarla 151 dəqiqə keçirirlər. Bundan başqa, onlar noutbuklara 103, planşet kompüterlərə 44 dəqiqə ayırırlar.Bundan əlavə, televiziya tamaşaçılarının 41 faizinin televizora baxan zaman eyni anda mobil qurğulardan istifadə etməsi diqqət çəkir. Həmçinin tamaşaçıların 70 faizinin verilişlərin mövzusu ilə əlaqəsi olmayan kontentlə maraqlanması xüsusilə qeyd edilməlidir. Hesabata əsasən, televiziya reklamı digər mövzularla müqayisədə hələ də daha çox diqqət cəlb edir və iri şirkətlər arasında üstünlüyə malikdir.
Televiziya reklamına marketinq büdcəsi mobil büdcəni xeyli üstələyir. Lakin mobil qurğuların populyarlığının artması ilə vəziyyətin tezliklə dəyişəcəyi gözlənilir. Bu yaxınlaradək şirkətlər smartfon və planşetlərdə reklama vəsait qoyuluşuna çox səy göstərmirdilər. Belə ki, onları bundan texnologiyalar və auditoriyanın hesablanması ilə bağlı çətinliklər çəkindirirdi. Hazırda isə belə maneələrə daha az rast gəlinir.
“eMarketer” şirkətinin 2013-cü il üçün hesabatında deyilir ki, ilin yekunları üzrə amerikalılar hər gün öz smartfon və planşetlərinə təxminən 2 saat 21 dəqiqə vaxt sərf edəcəklər. 2010-cu ildə onlar mobil qurğulardan istifadəyə danışıq vaxtı daxil olmamaqla cəmi 24 dəqiqə sərf edirdilər.
Bununla yanaşı, televiziya Böyük Britaniya, Fransa və İspaniya kimi ölkələrdə smartfonlardan populyar olaraq qalır. Noutbuklardan isə daha çox Rusiya, Macarıstan, Polşa və Slovakiya istifadəçiləri yararlanır, - “Vesti” www.vesti.ru yazır.
Baxış sayı: 635
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır