Tarix:27/03/14
“Nettrends” şirkətinin həyata keçirdiyi araşdırmada hər üç operator – “Bakcell”, “Azercell”, “Nar Mobile” haqqında yazılan yazılara diqqət yetirilib.
Məlum olub ki, ötən il ərzində onlayn mediada “Bakcell”in adı digər operatorlara nisbətən daha çox çəkilib. Belə ki, onlara ümumi yazıların 42 faizi həsr olunub. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Nettrends” şirkətindən məlumat verilib. Şirkət rəsmiləri bildirir ki, ikinci yerdə “Azercell” qərarlaşıb. Ümumi yazıların 38 faizində “Azercell”in adı çəkilib. Sonuncu yerdə isə 20 faizlik yazı ilə “Nar Mobile” gəlir.
Qeyd edək ki, bu rəqəmlərə təkcə müsbət yazılar deyil, eyni zamanda mənfi məqalələr də daxildir.
Seymur
Onlayn mediada mobil operatorlarla bağlı yazılan yazıların sayı məlum olub
Azərbaycanın onlayn mediasında ölkəmizdə fəaliyyət göstərən mobil operatorlarla bağlı monitorinq aparılıb. 2013-cü ili əhatə edən monitorinq zamanı operatorların adlarının nə qədər hallandırılması məlum olub.“Nettrends” şirkətinin həyata keçirdiyi araşdırmada hər üç operator – “Bakcell”, “Azercell”, “Nar Mobile” haqqında yazılan yazılara diqqət yetirilib.
Məlum olub ki, ötən il ərzində onlayn mediada “Bakcell”in adı digər operatorlara nisbətən daha çox çəkilib. Belə ki, onlara ümumi yazıların 42 faizi həsr olunub. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Nettrends” şirkətindən məlumat verilib. Şirkət rəsmiləri bildirir ki, ikinci yerdə “Azercell” qərarlaşıb. Ümumi yazıların 38 faizində “Azercell”in adı çəkilib. Sonuncu yerdə isə 20 faizlik yazı ilə “Nar Mobile” gəlir.
Qeyd edək ki, bu rəqəmlərə təkcə müsbət yazılar deyil, eyni zamanda mənfi məqalələr də daxildir.
Seymur
Baxış sayı: 583
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır