Tarix:27/03/14
Müdafiə Nazirliyinin nümayəndəsi təmsil etdiyi qurumla birlikdə müxtəlif mobil qurğuların pilot sınaqlarının keçirilməsi faktını inkar etməyərək ətraflı məlumat verməkdən imtina edib. “Samsung” nümayəndələri isə qeyd ediblər ki, dövlət sektoru tərəfindən öz məhsullarına böyük maraq var. “LG” şirkətinin mətbuat katibi belə sınaqların keçirilməsindən ümumiyyətlə xəbərdar olmamasını bəyan edib.
On ildən çox müddət ərzində "BlackBerry” smartfonları ABŞ hökumətinin mobil rabitəsini təmin etməklə yüksək təhlükəsizlik standartlarına zəmanət verib. Sirr deyil ki, dövlət sektorunda bu qurğuların liderliyinə son vaxtlar “iPhone” smartfonlarından istifadə xeyli təsir göstərib. Bildirilir ki, prezident Barak Obama məlumatları oxumaq üçün “iPad” planşetlərindən istifadə etsə də, “Apple” şirkətinin istehsalı olan smartfonlar sınaq proqramının tərkib hissəsi deyil.
"IDC” analitik şirkətinin məlumatına görə, bir vaxtlar Şimali Amerikanın smartfonlar bazarının təxminən yarısına sahib olan “BlackBerry”nin payı hazırda 0,6 faizədək azalıb, - “Vesti www.vesti.ru” yazır.
Ağ Ev “BlackBerry” smartfonlarını “Android” sistemli qurğularla əvəzləyə bilər
Ağ Ev “Samsung” və “LG” şirkətlərinin istehsalı olan smartfonları sınaqdan keçirir. Məlum olduğu kimi, ABŞ prezidenti rabitə əlaqəsi üçün məxfilik xüsusiyyətlərinə və telefon siqnalının şifrlənməsi üsullarına görə yüksək tələblərə cavab verən Kanadanın “BlackBerry” şirkətinin eyniadlı modifikasiya edilmiş smartfonlarından istifadə edir.Müdafiə Nazirliyinin nümayəndəsi təmsil etdiyi qurumla birlikdə müxtəlif mobil qurğuların pilot sınaqlarının keçirilməsi faktını inkar etməyərək ətraflı məlumat verməkdən imtina edib. “Samsung” nümayəndələri isə qeyd ediblər ki, dövlət sektoru tərəfindən öz məhsullarına böyük maraq var. “LG” şirkətinin mətbuat katibi belə sınaqların keçirilməsindən ümumiyyətlə xəbərdar olmamasını bəyan edib.
On ildən çox müddət ərzində "BlackBerry” smartfonları ABŞ hökumətinin mobil rabitəsini təmin etməklə yüksək təhlükəsizlik standartlarına zəmanət verib. Sirr deyil ki, dövlət sektorunda bu qurğuların liderliyinə son vaxtlar “iPhone” smartfonlarından istifadə xeyli təsir göstərib. Bildirilir ki, prezident Barak Obama məlumatları oxumaq üçün “iPad” planşetlərindən istifadə etsə də, “Apple” şirkətinin istehsalı olan smartfonlar sınaq proqramının tərkib hissəsi deyil.
"IDC” analitik şirkətinin məlumatına görə, bir vaxtlar Şimali Amerikanın smartfonlar bazarının təxminən yarısına sahib olan “BlackBerry”nin payı hazırda 0,6 faizədək azalıb, - “Vesti www.vesti.ru” yazır.
Baxış sayı: 530
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır