12px13px15px17px
Tarix:27/03/14

2013-cü ildə mobil reklam bazarının həcmi iki dəfə artıb

“eMarketer” analitik şirkətinin məlumatına əsasən, 2013-cü ilin nəticəsinə görə, qlobal internet reklam bazarının həcmi 105 faiz artıb.

Analitiklər bildirir ki, 2012-ci ildə bazarın həcmi 8,76 milyard dollar məbləğində olub, lakin ötən ilin nəticəsinə görə bu göstərici iki dəfə  artıb. Proqnoza əsasən, 2014-cü ildə 31,45 milyard dollar təşkil edə bilər ki, bu da ötən illə müqayisədə 75 faiz yüksəkdir və demək olar ki digital-reklam bazarının 25 faizini təşkil edəcək. Lakin bazarın artım sürəti aşağı düşəcək: 120-dən (2012) 22 faizədək (2018).

“ICTnews” elektron xəbər xidməti “1prime.ru” saytına istinadən bildirir ki, ötən ilin nəticəsinə görə qlobal mobil reklam bazarının lideri “Google”dur, lakin şirkətin payı 52,6-dən 49,3 faizədək azalıb. “Facebook” sosial şəbəkəsinin payı, əksinə, 5,4-dən 17,5 faizədək artıb.

“eMarketer”dən bildirilib ki, cari ildə bu tendensiya qalacaq. Belə ki, “Google”un payı 46,8 faizədək azala, “Facebook”un göstəricisi isə 21,7 faizədək arta bilər.

Emil Hüseynov




Baxış sayı: 645

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024