12px13px15px17px
Tarix:27/03/14

Elektron Təhlükəsizlik Mərkəzi “Facebook” sosial şəbəkəsinin təhlükəsiz istifadəsi ilə bağlı təlimatlar hazırlayıb


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi “Facebook” sosial şəbəkəsinin təhlükəsiz istifadəsi ilə bağlı təlimatlar hazırlayıb.

Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, son zamanlar “Facebook”da müşahidə olunan spam paylanmasının, saxta hesabların açılması faktlarının artımı istifadəçilərin virtual məkanda təhlükəsizliyini təmin etmək məqsədi ilə sosial şəbəkədən istifadə üzrə təlimatların hazırlanmasına zərurət yaradıb.

“Təlimatlarda biz istifadəçilərə bir sıra tövsiyələr təqdim edəcəyik, onlardan ən əsasları istifadəçilərin onlara gələn spamda təqdim edilən ünvana keçməməkdir, çünki bunun nəticəsində onların hesabına virus yüklənir və bu virus onların adından müxtəlif foto və videolar paylaşır. Bundan başqa, saxta “Facebook” hesabını müəyyən etmək üçün  istifadəçinin adına, soyadına və təvəllüdünə diqqət yetirmək tövsiyə edilir, bir çox hallarda saxta hesablarda təvəllüd standart rəqəm yığımından ibarət olur, misal üçün, doğum tarixi 01.01.XXXX, 11.11.XXXX il kimi göstərilə bilər”,- deyə mərkəzdə bildiriblər.   

Yaxın zamanda qeyd edilən təlimatlar Elektron Təhlükəsizlik Mərkəzinin "www.cert.az” rəsmi saytında təqdim ediləcək.

Aynur Vəliyeva



Baxış sayı: 991

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024