Tarix:28/03/14
Layihələrdən biri rabitə avadanlığı ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarının yaradılmasını nəzərdə tutur. Belə uçuş aparatları Yer kürəsindən 20 km hündürlükdə yerləşəcək. Həmçinin peyk və lazer texnologiyalarından istifadə planlaşdırılır.
“Facebook”un yaradıcısı və baş direktoru Mark Zukerberq dron, peyk və lazerlərin köməyi ilə planetin ucqar guşələrində insanların internetə ucuz çıxışını təmin etmək niyyətindədir.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Facebook”da yeni texnologiyanın hazırlanması ilə “Connectivity Lab” xüsusi mühəndislər qrupu məşğul olur.
“Connectivity Lab” layihəsi “Internet.org” təşəbbüsü çərçivəsində həyata keçiriləcək. Sonuncu “Facebook” direktoru tərəfindən 2013-cü ilin avqustunda “Samsung Electronics”, “Qualcomm”, “Ericsson”, “Nokia”, “MediaTek” və “Opera Software” şirkətləri ilə birgə təqdim edilib. Təşəbbüsün hədəfi planetin əhalisinin 66 faizinin internetə çıxışını təmin etməkdir.
İndiyədək “Internet.org” layihəsi çərçivəsində tərəfdaşlar Filippin və Paraqvayda 3 milyon yeni istifadəçinin internetə çıxışını təmin etməyə müvəffəq olublar.
"Biz hədəfimizə doğru gedirik və ona nail olmaq niyyətindəyik. Lakin bütün dünyanın internetə çıxışını təmin etmək üçün yeni texnologiyaya ehtiyac var. Hazırda “Connectivity Lab” şirkətinin mühəndisləri bu işlə məşğuldur" – Zukerberq deyib.
“Connectivity Lab”ın layihələrindən biri günəş enerjisi ilə qidalanan və Yer kürəsindən 20 km hündürlükdə yerləşəcək dronun yaradılmasıdır.
Xatırladaq ki, “Google”, həmçinin oxşar layihə üzərində işləyir. 2013-cü ilin noyabrında korporasiya “Project Link” layihəsini elan edib. Bir neçə ay bundan əvvəl korporasiya Yer kürəsindən 18-27 kilometr hündürlükdə yerləşən hava şarına bərkidilmiş avadanlığın köməyi ilə planetin ucqar guşələrinin internetə çıxışı ideyasını paylaşıb. Layihə “Project Loon” adlanır.
Hündürlüklərin göstərilən diapazonu o səbəbə görə “Google” seçilmişdi ki, o, hava nəqliyyatından azaddır (boşdur).
Emil Hüseynov
“Facebook” bütün dünyanı internetlə təmin etmək istəyir
“Facebook” planetin ucqar yerlərində əhalinin internetə qoşulması üçün yeni texnologiyalar hazırlamaq niyyətindədir.Layihələrdən biri rabitə avadanlığı ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarının yaradılmasını nəzərdə tutur. Belə uçuş aparatları Yer kürəsindən 20 km hündürlükdə yerləşəcək. Həmçinin peyk və lazer texnologiyalarından istifadə planlaşdırılır.
“Facebook”un yaradıcısı və baş direktoru Mark Zukerberq dron, peyk və lazerlərin köməyi ilə planetin ucqar guşələrində insanların internetə ucuz çıxışını təmin etmək niyyətindədir.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Facebook”da yeni texnologiyanın hazırlanması ilə “Connectivity Lab” xüsusi mühəndislər qrupu məşğul olur.
“Connectivity Lab” layihəsi “Internet.org” təşəbbüsü çərçivəsində həyata keçiriləcək. Sonuncu “Facebook” direktoru tərəfindən 2013-cü ilin avqustunda “Samsung Electronics”, “Qualcomm”, “Ericsson”, “Nokia”, “MediaTek” və “Opera Software” şirkətləri ilə birgə təqdim edilib. Təşəbbüsün hədəfi planetin əhalisinin 66 faizinin internetə çıxışını təmin etməkdir.
İndiyədək “Internet.org” layihəsi çərçivəsində tərəfdaşlar Filippin və Paraqvayda 3 milyon yeni istifadəçinin internetə çıxışını təmin etməyə müvəffəq olublar.
"Biz hədəfimizə doğru gedirik və ona nail olmaq niyyətindəyik. Lakin bütün dünyanın internetə çıxışını təmin etmək üçün yeni texnologiyaya ehtiyac var. Hazırda “Connectivity Lab” şirkətinin mühəndisləri bu işlə məşğuldur" – Zukerberq deyib.
“Connectivity Lab”ın layihələrindən biri günəş enerjisi ilə qidalanan və Yer kürəsindən 20 km hündürlükdə yerləşəcək dronun yaradılmasıdır.
Xatırladaq ki, “Google”, həmçinin oxşar layihə üzərində işləyir. 2013-cü ilin noyabrında korporasiya “Project Link” layihəsini elan edib. Bir neçə ay bundan əvvəl korporasiya Yer kürəsindən 18-27 kilometr hündürlükdə yerləşən hava şarına bərkidilmiş avadanlığın köməyi ilə planetin ucqar guşələrinin internetə çıxışı ideyasını paylaşıb. Layihə “Project Loon” adlanır.
Hündürlüklərin göstərilən diapazonu o səbəbə görə “Google” seçilmişdi ki, o, hava nəqliyyatından azaddır (boşdur).
Emil Hüseynov
Baxış sayı: 687
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib