Tarix:28/03/14
“ICTnews” xəbər xidməti “Azərkosmos”un rəhbəri Rəşad Nəbiyevin “www.thebusinessyear.com” beynəlxalq nəşrinə verdiyi müsahibəyə istinadən məlumat verir ki, artıq aşağıorbitli peykin istehsalı ilə bağlı tender elan edilib və yaxın zamanda tenderin qalibi ilə müqavilənin imzalanması gözlənilir.
“Biz bu il Yaxın Şərq, Orta Asiya, Türkiyə və MDB ölkələrinin bazarlarında öz iştirakımızı artırmaq niyyətindəyik. Bu ilin ortalarına kimi biz növbəti peykimizin ən münasib mövqeyini müəyyən edəcəyik. Bundan başqa, bizim bir sıra digər layihələrimiz var, hansı ki, “Azərkosmos”un fəaliyyətinin genişlənməsini göstərəcək”,- müsahibədə qeyd edilib.
R. Nəbiyevin müsahibəsinə əsasən, “Azərkosmos”un əsas məqsədi ikidilli əhaliyə malik olan ölkələrin bazarlarını əhatə etməkdir. Hazırda Orta Asiyada rus və türk televiziya kanalları təqdim edilir, Yaxın Şərqdə ərəb və ingilisdilli televiziya kanallarının yayımının təşkili üzərində işlər aparılır. Növbəti üç il ərzində “Azərkosmos” bu istiqamətdə vacib addımlar atacaq, əsasən də bu, Afrika bazarında müştəri bazasının yaradılması ilə bağlı olacaq.
Aynur Vəliyeva
“Azərkosmos” Yaxın Şərq və Afrika bazarlarında müştəri bazası yaradır
ASC “Azərkosmos” bu ilin birinci yarısında Yerin məsafədən müşahidəsi üçün nəzərdə tutulmuş aşağıorbitli peykin istehsalçısı ilə müqavilə imzalamaq niyyətindədir.“ICTnews” xəbər xidməti “Azərkosmos”un rəhbəri Rəşad Nəbiyevin “www.thebusinessyear.com” beynəlxalq nəşrinə verdiyi müsahibəyə istinadən məlumat verir ki, artıq aşağıorbitli peykin istehsalı ilə bağlı tender elan edilib və yaxın zamanda tenderin qalibi ilə müqavilənin imzalanması gözlənilir.
“Biz bu il Yaxın Şərq, Orta Asiya, Türkiyə və MDB ölkələrinin bazarlarında öz iştirakımızı artırmaq niyyətindəyik. Bu ilin ortalarına kimi biz növbəti peykimizin ən münasib mövqeyini müəyyən edəcəyik. Bundan başqa, bizim bir sıra digər layihələrimiz var, hansı ki, “Azərkosmos”un fəaliyyətinin genişlənməsini göstərəcək”,- müsahibədə qeyd edilib.
R. Nəbiyevin müsahibəsinə əsasən, “Azərkosmos”un əsas məqsədi ikidilli əhaliyə malik olan ölkələrin bazarlarını əhatə etməkdir. Hazırda Orta Asiyada rus və türk televiziya kanalları təqdim edilir, Yaxın Şərqdə ərəb və ingilisdilli televiziya kanallarının yayımının təşkili üzərində işlər aparılır. Növbəti üç il ərzində “Azərkosmos” bu istiqamətdə vacib addımlar atacaq, əsasən də bu, Afrika bazarında müştəri bazasının yaradılması ilə bağlı olacaq.
Aynur Vəliyeva
Baxış sayı: 664
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır