Tarix:28/03/14
Qəzet yazır ki, istehsalçılar artıq barmaq izlərinin skaneri və başqa komponentlərin buraxılışına başlayıb.
Tədarükçülər aprel-iyun aylarında maye kristal panellərin kütləvi istehsalına başlamağı hesablayıb. Tədarükçülərdən biri “LG Display” şirkəti olacaq.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Nikkei” qəzetindəki materiala əsasən, yeni ekranların təsvir ölçüsü “iPhone 5S” ilə müqayisədə daha böyük olacaq.
Yeni “iPhone” modellərinə öncədən “iOS 8” platformasının quraşdırılacağı gözlənilir. Yeni platformada “Healthbook” daxil olmaqla, bir sıra yeni tətbiqlər olacaq. “Healthbook” tətbiqi sahibinin fiziki göstəricilərinə nəzarət edəcək. Həmçinin “Maps” tətbiqinin xeyli təkmilləşdiriləcəyi gözlənilir. Platformanın qrafik interfeysi bütövlükdə dəyişməyəcək.
Emil Hüseynov
Yeni “iPhone” modellərinin çıxış tarixi bəlli olub
Tədarük kanallarına istinad edən Yaponiyanın “Nikkei” işgüzar qəzeti yazır ki, “Apple” sentyabrda iki yeni “iPhone” modeli təqdim etməyə hazırlaşır. Yeni aparatlarda ekranların diaqonalı artırılaraq müvafiq olaraq 4,7 və 5,5 düym təşkil edəcək.Qəzet yazır ki, istehsalçılar artıq barmaq izlərinin skaneri və başqa komponentlərin buraxılışına başlayıb.
Tədarükçülər aprel-iyun aylarında maye kristal panellərin kütləvi istehsalına başlamağı hesablayıb. Tədarükçülərdən biri “LG Display” şirkəti olacaq.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Nikkei” qəzetindəki materiala əsasən, yeni ekranların təsvir ölçüsü “iPhone 5S” ilə müqayisədə daha böyük olacaq.
Yeni “iPhone” modellərinə öncədən “iOS 8” platformasının quraşdırılacağı gözlənilir. Yeni platformada “Healthbook” daxil olmaqla, bir sıra yeni tətbiqlər olacaq. “Healthbook” tətbiqi sahibinin fiziki göstəricilərinə nəzarət edəcək. Həmçinin “Maps” tətbiqinin xeyli təkmilləşdiriləcəyi gözlənilir. Platformanın qrafik interfeysi bütövlükdə dəyişməyəcək.
Emil Hüseynov
Baxış sayı: 626
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır