Tarix:28/03/14
Gələcəkdə xərclər artmaqda davam edəcək və 2014–2017-ci illər ərzində illik orta artım tempi (CAGR) 6,4 faiz olacaq.
Şirkətin tədqiqatında deyilir ki, əksər bank və maliyyə şirkətləri hazırda yekdil fikir nümayiş etdirərək yaxın illərdə yeni texnologiyalara xərclərin artacağı ilə razılaşırlar. “Ovum”un maliyyə texnologiyaları şöbəsinin rəhbəri Deniel Meyonun fikrincə, banklar platformalarını yeniləməyi planlaşdırır və buna görə artıq indidən İT sahəsinə böyük məbləğdə investisiyalar yatırırlar.
Hesabat müəllifləri qeyd edirlər ki, xərclərin əsas hissəsi banklara müştərilərlə işi yaxşılaşdırmağa imkan verən texnologiyalara yönəldiləcək.
“Ovum” analitiklərinin fikrincə, xərclərin artmasına səbəb olan amillərdən biri banklar tərəfindən aktivlərin idarə olunması sahəsində yeni texnologiyaların satın alınması olacaq. Bank rəhbərləri kapitalı şaxələndirməyə və artırmağa çalışır və bu məqsədlə İT sahəsinə əlavə investisiyalar yatırmalı olacaqlar, - “CNews.www.cnews.ru” yazır.
2018-ci ildə dünyada maliyyə şirkətlərinin İT büdcəsi 100 milyard dollara çatacaq
2018-ci ildə maliyyə sektorunda İT xərcləri 100 milyard dollara çatacaq. Bu barədə “Ovum” şirkətinin tədqiqatında deyilir. Şirkətin qiymətləndirməsinə görə, 2013-cü ildə maliyyə sektorunda İT xərclərinin artımı 3,7 faiz təşkil edib. 2014-cü ildə bu göstəricinin 4,8 faizədək yüksələcəyi gözlənilir.Gələcəkdə xərclər artmaqda davam edəcək və 2014–2017-ci illər ərzində illik orta artım tempi (CAGR) 6,4 faiz olacaq.
Şirkətin tədqiqatında deyilir ki, əksər bank və maliyyə şirkətləri hazırda yekdil fikir nümayiş etdirərək yaxın illərdə yeni texnologiyalara xərclərin artacağı ilə razılaşırlar. “Ovum”un maliyyə texnologiyaları şöbəsinin rəhbəri Deniel Meyonun fikrincə, banklar platformalarını yeniləməyi planlaşdırır və buna görə artıq indidən İT sahəsinə böyük məbləğdə investisiyalar yatırırlar.
Hesabat müəllifləri qeyd edirlər ki, xərclərin əsas hissəsi banklara müştərilərlə işi yaxşılaşdırmağa imkan verən texnologiyalara yönəldiləcək.
“Ovum” analitiklərinin fikrincə, xərclərin artmasına səbəb olan amillərdən biri banklar tərəfindən aktivlərin idarə olunması sahəsində yeni texnologiyaların satın alınması olacaq. Bank rəhbərləri kapitalı şaxələndirməyə və artırmağa çalışır və bu məqsədlə İT sahəsinə əlavə investisiyalar yatırmalı olacaqlar, - “CNews.www.cnews.ru” yazır.
Baxış sayı: 591
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır