12px13px15px17px
Tarix:31/03/14

Azərbaycanda aqromeşəçiliyin inkişafı üçün innovativ texnologiyaların tətbiqi nəzərdən keçirilir

Azərbaycanda aqromeşəçiliyin inkişafı üçün innovativ texnologiyaların tətbiq edilməsi və qiymətləndirilməsi nəzərdən keçirilir. Bu proses Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən "Kür-Araz ovalığının azməhsuldar torpaqlarının bərpası üçün bioloji yanaşmalar" mövzusunda müştərək layihə çərçivəsində reallaşacaq.

AMEA Botanika İnstitutu Elmi İnformasiya və İnnovasiya şöbəsindən verilən məlumata görə, sözügedən layihə çərçivəsində institutun gənc doktorantı Aynurə Cəfərova Özbəkistanda elmi ezamiyyətdə olub. Səfər zamanı Ozbəkistan Respublikası Elmlər Akademiyasının Bitki və heyvanlar aləmi Genofondu İnstitutunda və Səmərqənd Dövlət  Unversitetində Kür-Araz ovalığında şoranlaşma üstünlük təşkil torpaqların və bu ərazilərdə yayılan bitki növlərinin kimyəvi tərkibi və strukturu tədqiq edilib.

Qeyd edilməlidir ki, layihənin məqsədi aqromeşəçiliyin inkişafı üçün innovativ texnologiyaların tətbiqi ilə yanaşı, Azərbaycanda şoran torpaqların bərpası və heyvandarlığın inkişafı üçün davamlı qida bazasının yaradılması, deqredasiya olunmuş otlaqların yaxşılaşdırılmasıdır.


Həqiqət İSABALAYEVA



Baxış sayı: 830

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024