Tarix:18/08/11
Azərbaycanın hər bir vətəndaşı bilavasitə "Google"a müraciət etməklə öz etirazını bildirə və səhv barədə məlumat verə bilər. Xatırladaq ki, AzNET şəbəkəsində mənfi reaksiyaya səbəb olan analoji insident 2009-cu ilin avqustunda qeydə alınmışdı. O vaxt Azərbaycanın ABŞ-dakı səfirliyi "Google"a "Google Maps" saytında səhvi düzəltmək tələbi ilə müarciət etmişdi. İnternet resursun yaradıcıları Naxçıvan Muxtar Respublikasını Azərbaycanın tərkibində göstərməmişdilər. "Google" şirkətinin rəhbərliyi etiraf etdi ki, "Google Maps" servisi bu yaxınlarda yaradılıb, bəzi səhvlərin olması bununla əlaqədardır. Bütün səhvləri qısa müddət ərzində düzəltmək vəd edilmişdi.
Eyni zamanda, "Microsoft" şirkətinə "Microsoft-MSN" portalında buraxılan səhv barədə məlumat verilib. Orada "Hava" bölməsində Dağlıq Qarabağ ölkələr siyahısında ayrıca dövlət kimi göstərilmişdi. "Microsoft"a müraciətdən sonra şirkət Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Dağlıq Qarabağ haqqında dünya konsensusunu göstərmək üçün məlumatlarında düzəliş etdi.
RİTN XİN-i "Google" axtarış sisteminin buraxdığı səhv barədə məlumatlandırıb
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Xarici İşlər Nazirliyini (XİN) "Google" axtarış sisteminin Azərbaycanın ərazi bütövlüyünə aid səhvi barədə məlumatlandırıb. Qeyd edək ki,"Google Maps"in xəritlərində Azərbaycanın işğal olunmuş əraziləri erməni adları kimi verilib. Dağlıq Qarabağın ərazisində yerləşən Xankəndi, Xocavənd rayon mərkəzləri erməni toponimləri ilə göstərilib. Bundan başqa, Cəbrayıl, Füzuli, Ağdərə, Qubadlı, Ağdam, Zəngilan, Kəlbəcər rayonlarının, eləcə də Laçın şəhər mərkəzinin adları da dəyişdirilib. Bu, axtarış sisteminin buraxdığı ilk səhv deyil.Azərbaycanın hər bir vətəndaşı bilavasitə "Google"a müraciət etməklə öz etirazını bildirə və səhv barədə məlumat verə bilər. Xatırladaq ki, AzNET şəbəkəsində mənfi reaksiyaya səbəb olan analoji insident 2009-cu ilin avqustunda qeydə alınmışdı. O vaxt Azərbaycanın ABŞ-dakı səfirliyi "Google"a "Google Maps" saytında səhvi düzəltmək tələbi ilə müarciət etmişdi. İnternet resursun yaradıcıları Naxçıvan Muxtar Respublikasını Azərbaycanın tərkibində göstərməmişdilər. "Google" şirkətinin rəhbərliyi etiraf etdi ki, "Google Maps" servisi bu yaxınlarda yaradılıb, bəzi səhvlərin olması bununla əlaqədardır. Bütün səhvləri qısa müddət ərzində düzəltmək vəd edilmişdi.
Eyni zamanda, "Microsoft" şirkətinə "Microsoft-MSN" portalında buraxılan səhv barədə məlumat verilib. Orada "Hava" bölməsində Dağlıq Qarabağ ölkələr siyahısında ayrıca dövlət kimi göstərilmişdi. "Microsoft"a müraciətdən sonra şirkət Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Dağlıq Qarabağ haqqında dünya konsensusunu göstərmək üçün məlumatlarında düzəliş etdi.
Baxış sayı: 1311
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı