12px13px15px17px
Tarix:31/03/14

BƏƏ-də ağaclar rəqəmli adlar və peyk mayakları ilə qorunacaq


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ağacların əksəriyyəti tezliklə unikal rəqəmli kodla təchiz ediləcək. Ağaca asılan lövhə onun dövlət tərəfindən mühafizə olunmasını və xüsusi hüquqi statusa malik olmasını bildirəcək. “Gulf News” qəzetinin məlumatına görə, ilk öncə BƏƏ-nin “qızıl fond”una daxil olan uzunömürlü ağacların belə lövhələrlə təchiz edilməsi nəzərdə tutulur.

Bu münasibətlə Dubay rayonlarının birində yüzillik böyük mimoza (küsdüm) ağacına üstündə adı yazılmış və bitkinin mühafizə olunmasını bildirən lövhənin sancılmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Rəqəmli imzalar vizual informasiya ilə yanaşı, informasiya mərkəzinə obyektin harada yerləşməsi haqqında məlumatları ötürən mayaka malikdir.  


Mütəxəssislərin qiymətləndirmələrinə görə, təkcə Dubay əmirliyində mühafizəyə ehtiyacı olan 24 min ağac var. Bitkilərin yeni hüquqi statusu onları zədələmə, kəsmə və digər yerlərə köçürülmələrdən qoruyacaq. Qanunu pozanlar 300 dollardan 13 min dollaradək cərimələnəcək.  


Layihədə xüsusi yeri İran körfəzi rayonlarında “həyat ağacı” hesab edilən küsdüm ağacı tutacaq.
“Küsdüm ağacı BƏƏ-nin milli sərvətidir. Bu səbəbdən yeni proqram sayəsində biz ağacların sayı və yerləşməsi barədə informasiya əldə edərək onların planlaşdırılmış yetişdirilməsinə başlamaq niyyətindəyik, - Dubay bələdiyyəsinin rəhbəri Hüseyn Nasir Luta deyib, - “İTAR-TASS www.itar-tass.com” yazır.  



Baxış sayı: 632

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024