Tarix:31/03/14
Aprelin 24-25-də İstanbulda 13-cü Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları konfransı "Caspian Telecoms-2014" keçiriləcək.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Azərbaycanı bu tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbərinin müavini, professor İlham Mərdanovun müşayiəti ilə nümayəndə heyəti təmsil edəcək.
Nümayəndə heyətinin tərkibinə daxil olan "TASİM" layihəsinin rəhbəri Zaur Həsənov konfransda nazir Əli Abbasovun konfrans iştirakçılarına müraciətini səsləndirəcək və "TASİM" layihəsinin məqsədləri ilə bağlı təqdimatla çıxış edəcək. Nümayəndə heyətinin tərkibində "Aztelekom" İstehsalat Birliyinin rəhbərliyinin iştirakı nəzərdə tutulub.
Tədbir Xəzər, Qara Dəniz , MDB ölkələri və Türkiyənin telekommunikasiya sahəsi üçün böyük əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində bu il regionun telekommunikasiya və informasiya texnologiyaları sahəsinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq, inteqrasiya prosesləri, investisiya mühiti müzakirə ediləcək.
Stasionar və mobil rabitə xidmətləri bazarlarının ən son inkişaf tendensiyaları, İKT sahəsində mühüm tendensiyalar, "М2М", "4G", "5G", "Big date", "Bundle package services", Kibertəhlükəsizlik, IPTV texnologiyaları sahəsində yeniliklər, MDB və Xəzər ölkələri regionunda İP-tranzit xidmətlərinin inkişafı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Azərbaycanda hazırda konfransda müzakirə edilən prioritet sahələr üzrə bir neçə layihə həyata keçirilir, bunların arasında "Milli genişzolaqlı internetin inkişafı üzrə Dövlət proqramı"nı, "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsini, kibertəhlükəsizliyin təmini və "4G" texnologiyasının geniş istifadəsinin təmin edilməsi və əhatə dairəsinin genişləndirilməsi sahəsində görülən işləri qeyd etmək olar.
Aynur Vəliyeva
Azərbaycan “Caspian Telecoms 2014” beynəlxalq konfransında təqdimatla çıxış edəcək

Baxış sayı: 827
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır