12px13px15px17px
Tarix:31/03/14

“Microsoft” korporasiyası “Windows Phone 8.1” üzərində işləri başa çatdırır

“Microsoft” şirkəti “Windows Phone 8.1” əməliyyat sisteminin üzərində aparılan işləri başa çatdırır və artıq smartfon istehsalçılarına sonuncudan əvvəlki versiyanı göndərib. Bu platforma ilə işləyən yeni qurğular artıq aprelin 23-də pərakəndə bazara çıxarılacaq. Bu barədə etibarlı mənbələrə istinadən “Windows Phone Central” saytı yazıb.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, saytda üç həftə sonra məhz hansı modellərin satışa çıxarılacağı barədə dəqiq məlumat yoxdur.

“Windows Phone 8.1” platforması 2-4 aprel tarixlərində San-Fransiskoda keçiriləcək “Microsoft BUILD 2014” konfransı çərçivəsində nümayiş etdiriləcək. Bu tədbirdə yeni əməliyyat sistemi ilə işləyən cihazların elanı gözlənilir.

Emil Hüseynov



Baxış sayı: 553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024