12px13px15px17px
Tarix:18/08/11

Azercell-in "Post paid" xidmətləri bütün bankların ödəniş kartları ilə ödəniləcək

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom"un "Post paid" xidmətləri bütün növ ödəniş kartları ilə ödənilə bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü AzeriCard Prosessinq Mərkəzinin binesin inkişafı departamentinin rəhbəri Cahangir Məmmədov deyib. Məmmədovun sözlərinə görə, əvvəllər məhdudiyyət vardısa və bu operatorun fakturalı nömrələrinin ödənişi AzeriCard Prosessinq Mərkəzinə qoşulan bankların kartları ilə mümkün idisə, bu gündən etibarən operatorun xidmətləri üçün ödənişlərə bütün bankların kartları qəbul edilir.
Visa, VİSA Elactron, MasterCard və Maestro elektron bank kartları ödənişə qəbul edilir. Bu plastik kartların təhlükəsizliyinə 3D Secure təhlükəsiz texnologiyalar sistemi ilə zəmanət verilir. Prosessinq mərkəzi tərəfindən Azericard sistemində xidmət göstərilən plastik kart sahibləri üçün internet ödənişi edərkən "3D Secure" parolunu daxil etməyə imkan verən modul aktivləşdirilib. "3D Secure" parolu kartın pin-kodudur. O, mal və xidmətlər üçün ödənişi sayt "3D Secure" texnologiyasını dəstəklədiyi halda, bilavasitə sayt vasitəsilə etməyə imkan verir.



Baxış sayı: 2093

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024