12px13px15px17px
Tarix:01/04/14

Elektron məlumat bazasının yaradılması ilə bağlı vakansiya elan edilib

Kənd Təsərrüfatı Nazirliyi (KTN) elektron məlumat bazasının yaradılması ilə əlaqədar vakansiya elan edib. Bu barədə “ICTnews” xəbər xidmətinə KTN-dən məlumat verilib.

Nazirlik bildirir ki, aparılan islahatlar, o cümlədən kadr siyasəti sahəsində həyata keçirilən tədbirlər çərçivəsində gələcəkdə müxtəlif yerli və beynəlxalq tərəfdaşların iştirakı ilə Azərbaycanda icra olunan layihələrə cəlb oluna biləcək kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazasının yaradılması qərarlaşdırılıb: “Bu məqsədlə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi bir sıra tələblərə cavab verən kənd təsərrüfatının müxtəlif sahələri üzrə mütəxəssislərini, eləcə də müvafiq təhsil müəssisələrinin məzunlarını tərcümeyi-halı (CV formatında) “hr@agro.gov.az” elektron poçt ünvanına göndərməyə dəvət edir”.

Nazirlikdən vurğulanıb ki, ali təhsil və ya bu il məzun olacaq (yüksək qiymətlərlə) şəxslər, beynəlxalq layihələrdə iş təcrübəsi olanlar, sərbəst ingilis və ya digər xarici dilləri bilən Azərbaycan vətəndaşları vakansiyaya çıxarılan yerləri tutmaq üçün müraciət edə bilərlər. Namizədlər ən azı “MS Office” biliklərinə malik olmalıdırlar.

Seymur




Baxış sayı: 2873

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024