12px13px15px17px
Tarix:01/04/14

2014-2015-ci tədris ilində azərbaycanlı gənclər yenə də informasiya texnologiyaları, nanotexnologiyalar üzrə xaricdə təhsil ala biləcəklər

2014-2015-ci tədris ilində azərbaycanlı gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil ala biləcəklər.

Qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan gənclərinin növbəti tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətlərinin siyahıları təsdiq olunub.

İxtisas istiqamətlərinə informasiya texnologiyaları, mühəndislik, nanotexnologiyalar, fizika, riyaziyyat, iqtisadiyyat və s. daxildir. Təhsil Nazirliyindən  o da bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ölkəmizin ali təhsil sisteminin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması hədəfləri əsasında 2014-2015-ci tədris ili üçün Dövlət Proqramına namizədlərin seçimi prosesində xarici ali təhsil müəssisələrinə magistratura və doktorantura təhsil səviyyələri üzrə qəbul olunmuş gənclərə üstünlük veriləcək.

Belə ki, seçim prosesi çərçivəsində bərabər göstəricilərə malik olan namizədlər arasında magistratura və doktorantura səviyyələri üzrə müraciət edən şəxslər bakalavr səviyyəsi üzrə müraciət edənlərlə müqayisədə daha böyük çəkiyə malik olacaqlar.

Seçilmiş ali təhsil müəssisələrinə gəlincə, bu siyahıya ABŞ-ın Kaliforniya Texnologiya İnstitutu, Corciya Texnologiya İnstitutu, Massaçusets Texnologiya İnstitutu, Almaniyanın Karlsruye Texnologiya İnstitutu, Berlin Texniki Universiteti, Bransvik Texniki Universiteti,  Klaustal Texniki Universiteti, Darmştadt Texniki Universiteti, Dortmund Texniki Universiteti, Drezden Texniki Universiteti, Münhen Texniki Universiteti, Avstraliyanın Kertin   Texnologiya Universiteti, Kvinslenda Texnologiya Universiteti, Sidney Texnologiya Universiteti, Avstriyanın Graz Texnologiya Universiteti, Vyana Texnologiya Universiteti, Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Belarus Milli Texniki Universiteti, Çexiya Texniki Universiteti daxildir. Bundan başqa, siyahıda Honkonq Elm və Texnologiya Universiteti, Çinin Huazhong Elm və Texnologiya Universiteti, Çin Elm və Texnologiya Universiteti, Estoniyadan Tallin Texnologiya Universiteti, Finlandiyadan Helsinki Texnologiya Universiteti, İsveçdən Çalmersa Texnologiya Universiteti, Kral Texnologiya İnstitutu, Koreya Müasir Elm və Texnologiya İnstitutu, Pxoxan Elm və Texnologiya Universiteti və digər qabaqcıl ali təhsil müəssisələrinin adları yer alıb.  

Həqiqət İSABALAYEVA




Baxış sayı: 1009

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024