12px13px15px17px
Tarix:02/04/14

“İdeyanızı və İT şirkətinizi qorumaq üçün hüquqi mexanizmlər” mövzusunda seminar keçiriləcək

Bu gün innovativ sahibkarlığa maraq göstərən və bu sahibkarlığı yaratmaqda israrlı olan kifayət qədər kreativ düşüncəli insanlara rast gəlmək mümkündür. Bəs rəqabət şəraitində ideyanızı necə qoruya bilərsiniz?
 
İnformasiya texnologiyaları sahəsində yaratdığınız şirkəti belə müdaxilələrdən qorumaq üçün hüquqi mexanizmlərlə tanışsınızmı?
 
"QUTecnopark"-ın təşkilatçılığı ilə davam edən  "Təşəbbüskarlıq seminarları" silsiləsinin növbəti seminarı məhz bu istiqamətə həsr olunub. "İdeyanızı və İT şirkətinizi qorumaq üçün hüquqi mexanizmlər" mövzusunda keçirilən budəfəki seminar "Remells" Hüquq şirkətinin tərəfdaşı, təlimçi Rəşid Əliyev tərəfindən aparılacaq.
 
Aprelin 12-də "QUTecnopark"-ın seminar salonunda saat 15.00-16.30-da təşkil ediləcək tədbirdə təlimçi bir çox məsələlərə toxunacaq. İştirakçılar "Kompüter proqramlarına və digər əqli mülkiyyət obyektlərinə hüquqlar və onların qorunması mexanizmləri", "Elektron ticarət: mənim müqaviləm etibarlıdırmı?", İT şirkətlərinin və xüsusən də startapların üzləşdiyi bir sıra hüquqi məsələlər: şirkətlərin yaradılması, idarəçilik, əmək və vergi məsələləri" ilə ətraflı tanış ola biləcək, fikir mübadiləsinə qoşulacaqlar.
 
Seminarda iştirak etmək istəyənlərə məhdudiyyət qoyulmur. Təşkilat Komitəsindən bildirilib ki, arzu edən hər kəs bu seminarın iştirakçısı ola bilər.
 
 
Qeyd edək ki, "Təşəbbüskarlıq seminarları" ölkədə innovativ sahibkarlığın inkişafına dəstək layihəsidir. Eyni zamanda layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən proqramlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.
 
Həftədə bir dəfə müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.İndiyə kimi müxtəlif mövzularda bir necə seminar keçirilib.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1212

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024