Tarix:02/04/14
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, cihaz görünüşcə "Raspberry Pi"yə oxşar inteqral lövhədən ibarətdir, lakin ölçüləri üç dəfə kiçikdir.
Belə həllər getdikcə bazarda populyarlaşır, belə ki əsasən daşınan və yığcam elektronika üçün nəzərdə tutulub.
"Newton" cihazı daxili prosessor, fləş yaddaş, "Wi-Fi", "NFC" çiplə təchiz edilib. Şirkətdən bildirilib ki, artıq cihazı satın almaq mümkündür, lakin qiyməti məlum deyil.
Çin şirkətinin nümayəndələri deyirlər ki, az enerji sərfiyyatı onların həllinin əsas üstünlüyüdür. "Newton" cihazı gözləmə rejimində 4 millivatt və iş rejimində 100 millivat enerji sərf edir.
Yeni sxem əsasında mərkəzi prosessor 1 QHs takt tezliyində işləyir, qrafik nüvə isə 720 p formatında videonu emal edə bilir. Lövhə 3 QB daxili yaddaşı dəstəkləyir.
Emil Hüseynov
Çin şirkəti qəpik ölçüsündə kompüter istehsal edib
Çinin az tanınan şirkəti "Android" platformasında işləyən və daşınan elektronikada istifadə üçün nəzərdə tutulmuş qəpik ölçüsündə "Newton" adlanan kompüter istehsal edib."ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, cihaz görünüşcə "Raspberry Pi"yə oxşar inteqral lövhədən ibarətdir, lakin ölçüləri üç dəfə kiçikdir.
Belə həllər getdikcə bazarda populyarlaşır, belə ki əsasən daşınan və yığcam elektronika üçün nəzərdə tutulub.
"Newton" cihazı daxili prosessor, fləş yaddaş, "Wi-Fi", "NFC" çiplə təchiz edilib. Şirkətdən bildirilib ki, artıq cihazı satın almaq mümkündür, lakin qiyməti məlum deyil.
Çin şirkətinin nümayəndələri deyirlər ki, az enerji sərfiyyatı onların həllinin əsas üstünlüyüdür. "Newton" cihazı gözləmə rejimində 4 millivatt və iş rejimində 100 millivat enerji sərf edir.
Yeni sxem əsasında mərkəzi prosessor 1 QHs takt tezliyində işləyir, qrafik nüvə isə 720 p formatında videonu emal edə bilir. Lövhə 3 QB daxili yaddaşı dəstəkləyir.
Emil Hüseynov
Baxış sayı: 736
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır