Tarix:02/04/14
Ekspertlər hesab edirlər ki, cari ildə müəssisələrin ehtiyacları üçün nəzərdə tutulmuş proqram təminatının satış həcmi 6,9 faiz artaraq 320 milyard dollara çatacaq. Biznes sahəsində sosial proqram təminatı, həmçinin məlumatları idarə etmə texnologiyalarına daha çox tələbat olacaq.
"Gartner"in tədqiqatlar üzrə vitse-prezidenti Con Lavlok hesab edir ki, 2013-cü ildə şirkətlər büdcə həcmini azaldaraq yalnız proqram təminatı sahəsində layihələrin planlaşdırılmasına diqqət yetiriblər.
Fərdi kompüter, planşet, mobil telefon və printerlər daxil olmaqla qurğuların satın alınması üzrə isə xərclər ötən illə müqayisədə 4,4 faiz artaraq 689 milyard dollar təşkil edəcək.
Mütəxəssislər bildirirlər ki, bahalı smartfonlara tələbat azalır və inkişaf etmiş ölkələrin sakinləri daha çox orta səviyyəli aparatları seçirlər. İnkişaf etməkdə olan regionların istifadəçiləri isə, daha ucuz "Android" modellərə üstünlük verirlər.
İT sənayesinin ən böyük seqmenti telekommunikasiya xidmətləri bazarıdır. Cari ildə bazar payı 1,655 trilyon dollar təşkil edəcək ki,
bu da ötən illə müqayisədə 3 faiz yüksəkdir.
Səsli rabitə xidmətlərinin satış həcminin azalması fonunda ekspertlər mobil məlumat ötürmə xidmətləri üçün xərclərin artacağını ehtimal edirlər. Con Lavlokun sözlərinə görə, smartfon və planşetlər, həmçinin avtomobil sistemləri üçün tətbiq bazarının inkişafı fonunda mobil internetə tələbat artır.
İT xidmətlər bazarına gəlincə, 2014-cü ildə onun həcmi 964 milyard dollar səviyyəsində gözlənilir ki, bu da ötən ildən 4,6 faiz yüksəkdir.
Emil Hüseynov
2014-cü ildə İT xərclərinin həcmi 3.2 faiz artacaq
"Gartner" analitik şirkətinin proqnozuna görə, 2014-cü ildə qlobal informasiya texnologiyaları (İT) bazarının həcmi 3,8 trilyon dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 3,2 faiz artım deməkdir. Bu artıma, korporativ proqram təminatı və elektronika sahələrinin inkişafı səbəb kimi göstərilir.Ekspertlər hesab edirlər ki, cari ildə müəssisələrin ehtiyacları üçün nəzərdə tutulmuş proqram təminatının satış həcmi 6,9 faiz artaraq 320 milyard dollara çatacaq. Biznes sahəsində sosial proqram təminatı, həmçinin məlumatları idarə etmə texnologiyalarına daha çox tələbat olacaq.
"Gartner"in tədqiqatlar üzrə vitse-prezidenti Con Lavlok hesab edir ki, 2013-cü ildə şirkətlər büdcə həcmini azaldaraq yalnız proqram təminatı sahəsində layihələrin planlaşdırılmasına diqqət yetiriblər.
Fərdi kompüter, planşet, mobil telefon və printerlər daxil olmaqla qurğuların satın alınması üzrə isə xərclər ötən illə müqayisədə 4,4 faiz artaraq 689 milyard dollar təşkil edəcək.
Mütəxəssislər bildirirlər ki, bahalı smartfonlara tələbat azalır və inkişaf etmiş ölkələrin sakinləri daha çox orta səviyyəli aparatları seçirlər. İnkişaf etməkdə olan regionların istifadəçiləri isə, daha ucuz "Android" modellərə üstünlük verirlər.
İT sənayesinin ən böyük seqmenti telekommunikasiya xidmətləri bazarıdır. Cari ildə bazar payı 1,655 trilyon dollar təşkil edəcək ki,
bu da ötən illə müqayisədə 3 faiz yüksəkdir.
Səsli rabitə xidmətlərinin satış həcminin azalması fonunda ekspertlər mobil məlumat ötürmə xidmətləri üçün xərclərin artacağını ehtimal edirlər. Con Lavlokun sözlərinə görə, smartfon və planşetlər, həmçinin avtomobil sistemləri üçün tətbiq bazarının inkişafı fonunda mobil internetə tələbat artır.
İT xidmətlər bazarına gəlincə, 2014-cü ildə onun həcmi 964 milyard dollar səviyyəsində gözlənilir ki, bu da ötən ildən 4,6 faiz yüksəkdir.
Emil Hüseynov
Baxış sayı: 799
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır