12px13px15px17px
Tarix:18/08/11

İri ölçülü “TFT-LCD” panellərinin satışı və tədarükü 11% artıb

2011-ci ilin ikinci rübündə iri ölçülü “TFT-LCD” panellərinin tədarükü 180,8 milyon olub. Bu göstərici 2010-cu ilin analoji dövrü ilə müqayisədə 6% çoxdur. Bu seqmentdə 19,3 milyard dollar gəlir əldə olunub ki, bu da 2011-ci ilin I rübünün nəticəsini 16% ötüb. Lakin keçən illə müqayisədə 16% zəifləmə qeyd edilib. Bu barədə “DisplaySearch” analitiklərinin tədqiqat hesabatında məlumat verilib. Ekspertlərin proqnozlarına görə, üçüncü rübdə 7%-dək artım qeydə alına bilər. Analitiklər güman edirlər ki, son rübdə isə iri “TFT-LCD” panel bazarında heç bir artım olmayacaq.


www.dailycomm.ru



Baxış sayı: 974

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024