12px13px15px17px
Tarix:02/04/14

Azərbaycana daxil olan beynəlxalq internet trafikin maksimal həcmi 110 Gbp/s yaxınlaşır

 Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin artımı davam edir.

“ICTnews” xəbər xidmətinin “Delta Telecom” şirkətinin rəsmi statistikasına istinadən verdiyi məlumata əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ay ərzində 3,8 % artaraq 108 Gbp/s təşkil edib. Bu Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən illin eyni dövrü ilə müqayisədə bu göstərici 30% artıb.

Orta hesabla hazırda ölkəyə daxil olan internet trafikinin həcmi 80 Gbp/s ətrafındadır. Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ayda 40% artaraq 25 Gbp/s təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 60% artıb. Orta hesabla hazırda ölkənin çıxış trafikinin həcmi 15Gbp/s təşkil edir.

Aynur Vəliyeva




Baxış sayı: 675

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024