12px13px15px17px
Tarix:02/04/14

“Line” messencerinin auditoriyası 400 milyonu ötüb

Ödənişsiz zəng və mesajlarla mübadilə üçün “LINE” tətbiqinin sahibi Yaponiyanın “LINE Corporation”  şirkəti elan edib ki, “LINE” istifadəçilərinin sayı 400 milyonu ötüb.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin noyabrında “LINE” messencerində qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 300 milyonu ötüb. “LINE” istifadəçiləri sayının gündəlik artım tempi bütün dünyada sürətlə artaraq gündəlik 1.7 milyon yeni qeydiyyat göstəricini ötüb.
 
1 aprel 2014-cü il tarixində şirkət elan edib ki, “LINE” messencerinin auditoriyası 400 milyona çatıb. İlin əvvəlindən “LINE” istifadəçilərinin sayı 10 milyonu ötən ölkələrin də sayı artıb.
 
2014-cü ilin əvvəlindən “LINE” messencerində gündəlik 10 milyard mesaj göndərilib, həmçinin 12 milyon zəng edilib.
 
Emil Hüseynov
 
 






Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024