12px13px15px17px
Tarix:03/04/14

“Viber” ilə şəhər və mobil nömrələrinə zəng etmək mümkündür - “Windows Phone 8” platformasında

2014-cü ilin fevralında "Rakuten" internet şirkəti tərəfindən satın alınmış "Viber Media" startapı "Viber" tətbiqinin WP8-versiyasının yenilənməsi haqda məlumat verib. Artıq bundan sonra "Windows Phone 8" platforması ilə işləyən cihazlarda şəhər və mobil nömrələrinə zəng etmək mümkün olacaq.

Xatırladaq ki, "Skype" internet telefoniya xidmətinin rəqibi "Viber" xidməti internet üzərindən ödənişsiz zənglər etməyə, mətn mesajları göndərməyə və fotoşəkillərlə mübadiləyə imkan verir. Hazırda xidmət "Android", "iOS", "BlackBerry OS", "Windows Phone", "Symbian", "Bada", həmçinin "Windows", "Mac OS X" və "Linux" platformalarını dəstəkləyir.
 
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, şəhər və mobil nömrələrinə ucuz zəng etməyə imkan verən "Viber Out" funksiyası hələ ötən ilin sonunda "iOS" və "Android" istifadəçilərinə əlçatan olub.
 
"Windows Phone 8" üçün "Viber" tətbiqinin yeni versiyasında, həmçinin bir neçə videomesaj və təsvirlər göndərilməsi mümkündür.
 
Emil Hüseynov



Baxış sayı: 994

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024