12px13px15px17px
Tarix:03/04/14

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni radioelektron vasitə istifadəçilərinə qarşı tədbirlər görülür

Bu ilin I rübü ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri müəssisə və  təşkilatlarda  keçirilən texniki baxış zamanı 53 ədəd  DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlayıb.
 
İdarədən verilən məlumata görə, mütəxəssislər ümumilikdə 174 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə texniki baxış keçirib və müvafiq qaydada aktlar tərtib edib.
 
Texniki baxış zamanı aşkarlanan 53 ədəd  DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-dən 10 ədədi möhürlənib, qalan 43 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
 
Qeyd edək ki, dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 6 ədəd protokol yazılıb və müvafiq  hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
 
CAHANGİR
 



Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024