12px13px15px17px
Tarix:03/04/14

Azərbaycanda standartların informasiya-məlumat bazası yaradılacaq

Ölkəmizdə standartların informasiya-məlumat bazası yaradılacaq. Baza "Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək" adlı "Tvinninq" layihəsi çərçivəsində formalaşacaq.
 
Avropa İttifaqı (Aİ)  və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə icrasına başladıqları "Tvinninq" layihəsi Böyük Britaniya, Fransa və Sloveniya konsorsiumu ilə əməkdaşlıq çərçivəsində icra olunacaq.  Layihənin 2 il müddətinə icra olunması nəzərdə tutulur.
 
 SMPDK-dan qeyd edilib ki, layihənin sonunda 4 nəticənin əldə olunması gözlənilir.
 
Belə ki, layihə keyfiyyət infrastrukturu ilə bağlı milli qanunvericiliyin Aİ və ÜTT tələblərinə uyğunlaşdırılması, Azərbaycan üçün spesifik, milli maraqları təmin edən beynəlxalq və Avropa səviyyəsində standartlaşdma proseslərində iştirakı əlaqəndirəcək SMPDK-nın nəzdində 10 Texniki Komitənin (TK) yaradılması və fəaliyyət göstərməsi,  standartların informasiya-məlumat bazasının yaradılması və  
standartların onlayn satışı üzrə müasir sistemin yaradılmasına imkan verəcək.
 
Artıq layihənin təqdimat mərasimi də keçirilib.
 
Mərasimdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən layihənin əhəmiyyətini xüsusi vurğulayıb. Sədrin sözlərinə görə, Komitə Aİ ilə onun "Tvinninq" və "Taieks" proqramları çərçivəsində uzun illərdir ki, sıx və müvəffəqiyyətlə əməkdaşlıq etməkdədir.
 
Ölkə iqtisadiyyatının gücləndirilməsi və yerli sənayenin rəqabət imkanlarının artırılmasının əsas alətlərindən biri olan standartlaşdırma və texniki tənzimləmə sahələrinin ölkə rəhbərliyinin hər zaman diqqət mərkəzində olduğunu qeyd edən Ramiz Həsənov bu sahənin həm qanunvericilik, həm də institusional baxımdan inkişaf etdirilməsi, yeni texniki komitələrin yaradılması və bu texniki komitələr çərçivəsində beynəlxalq standartlarla uyğunlaşdırılmış yeni milli standartların qəbulu və s. istiqamətdə bir sıra islahatların davam etdirildiyini deyib:
 
"Tvinninq" layihəsinin əsas məqsədi də standartlaşdırma və texniki tənzimləmə sisteminin daha da təkmilləşdirilməsidir. "Tvinninq" layihəsinin keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, texniki komitələrin fəaliyyətinin genişləndirilməsi və onların beynəlxalq təşkilatların işinə daha yaxından cəlb olunması, dövlət standartlar fondu əsasında məlumat bazasının yaradılması və standartların onlayn satış sisteminin yaradılması kimi komponentləri var".
 
Sonra çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard texniki tənzimləmə və standartlaşdırma sahələrində "Tvinninq" layihəsinin rolunu vurğulayıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024