Tarix:18/08/11
“Texniki bölmənin qarşısına qoyulmuş ən əhəmiyyətli məsələlərdən biri yüklənmiş videonun kodlaşdırılmasının maksimal sürətli və effektiv prosesidir. Hal-hazırda xidmət “Viper” adlı sistemdən istifadə edir. Bu sistem alqoritmlərin müasir arxitekturası ilə fərqlənir; o, videoməzmunu fasiləsiz olaraq emal edir və öz sələflərindən fərqli olaraq, axının ardıcıl deyil, paralel kodlaşdırmasını yerinə yetirir. Bu, effektiv üsuldur, axı paralel hesablamalar texnologiyası bu gün fəal inkişaf edir. Onun effektivliyinin ən parlaq göstəricisi ondan ibarətdir ki, videohostinqə yüklənmiş bütün çarxların 60%-i yüklənmədən bir dəqiqə sonra baxmaq üçün hazır olurlar və videonun kodlaşdırılması isə praktik olaraq ani sürətlə həyata keçirilir”.
“YouTube”-da 60% videoçarx 1 dəqiqədən az müddət ərzində emal edilir
“YouTube”-un texniki direktoru ən böyük videohostinqin texniki təchizatı haqqında danışıb. O bildirib ki, xidmətin 60% videoçarxı 1 dəqiqədən az müddət ərzində emal edilir. Qeyd edək ki, “YouTube” videohostinqi internet-nəhəng “Google” şirkətinə məxsusdur. Bu, yalnız serverin yüksək sürətlə mediaverilənlərin kodlaşdırılmasını həyata keçirdiyi videohostinq deyil, həm də miqyasına görə “Google”-dan sonra ikinci axtarış mühərrikidir. Və bütün bu funksiyaların icra edilməsi üçün çox güclü texniki təchizat tələb olunur. Portalın fəaliyyətinin bu aspekti haqqında “YouTube”-un texniki direktoru Kristian Kayzer ətraflı danışıb. Məlumat üçün bildirək ki, o, bu yaxınlarda “Netflix” xidmətinin texniki məsələləri üzrə vitse-prezident postunu tərk edib və cari ilin aprel ayında “YouTube”-da analojı vəzifəni tutub. “YouTube” xidmətinin statistik məlumatları heyrətləndiricidir. Belə ki, yalnız mobil qurğulardan hər dəqiqə ikisaatlıq video yüklənir və yalnız mobil qurğulardan gündə 200 milyon baxış həyata keçirilir.“Texniki bölmənin qarşısına qoyulmuş ən əhəmiyyətli məsələlərdən biri yüklənmiş videonun kodlaşdırılmasının maksimal sürətli və effektiv prosesidir. Hal-hazırda xidmət “Viper” adlı sistemdən istifadə edir. Bu sistem alqoritmlərin müasir arxitekturası ilə fərqlənir; o, videoməzmunu fasiləsiz olaraq emal edir və öz sələflərindən fərqli olaraq, axının ardıcıl deyil, paralel kodlaşdırmasını yerinə yetirir. Bu, effektiv üsuldur, axı paralel hesablamalar texnologiyası bu gün fəal inkişaf edir. Onun effektivliyinin ən parlaq göstəricisi ondan ibarətdir ki, videohostinqə yüklənmiş bütün çarxların 60%-i yüklənmədən bir dəqiqə sonra baxmaq üçün hazır olurlar və videonun kodlaşdırılması isə praktik olaraq ani sürətlə həyata keçirilir”.
Baxış sayı: 3292
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib