12px13px15px17px
Tarix:04/04/14

“ICANN” rəhbəri internetin beynəlxalq idarəetmə modelinə tərəfdardır

"ICANN" (internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı - Internet Corporation for Assigned Names and Numbers) beynəlxalq korporasiyasının prezidenti Fadi Şehade ABŞ hökumətinin bir müddət əvvəl təşkilat üzərində birbaşa nəzarətdən imtina etməklə bağlı qərarını dəstəkləyib.  

Xatırladaq ki, ötən ay ABŞ Prezidenti Administrasiyası internet məkanında domen və ünvanların işinə təsir etmədən "ICANN" üzərində birbaşa nəzarətdən imtina etmək niyyətində olduğunu bəyan edib. "ICANN"-ın vəzifələri sırasına internetin domen sisteminin işlək vəziyyətdə saxlanılması, özək domen və serverlərin məlumat bazasının işi daxildir. Bundan başqa, təşkilatın törəmə strukturu internetdə İP-ünvanların idarəetməsini həyata keçirir.   

ABŞ 1998-ci ildən Ticarət Nazirliyi vasitəsilə "ICANN"-ın işinə nəzarət edib. ABŞ və təşkilat arasındakı hazırkı sazişin müddəti 2015-ci ilin sentyabrında başa çatır. Artıq indidən Ticarət Nazirliyinin nümayəndələri bildirirlər ki, "ICANN" üzərində nəzarət daha çox simvolik xarakter daşıyır və vaxt ötdükcə nazirlik nəzarəti dayandıracaq, - "Cybersecurity.www.cybersecurity.ru" yazır.  







Baxış sayı: 760

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024