Tarix:07/04/14
Şikayət ərizələrində məhkəmə qərarının təkcə "Twitter"ə deyil, eyni zamanda bəzi linklərə istiqamətli olduğu da qeyd edilib. Bu qərardan sonra Türkiyədə "Twitter"ə giriş bərpa olunub.
Hətta Türkiyə məhkəməsinin bu qərarı Avropada müəyyən tənqidlərin səslənməsinin qarşısını ala bilməyib. Belə ki, Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Türkiyənin "Twitter" və "YouTube" saytlarına qadağa qoyduğu üçün müəyyən fikirlər söyləyiblər. Onlar rəsmi Ankaranı bloka qoşulmaq üçün uzun müddətdir edilən cəhdlərini nəzərə almaqla, ifadə azadlığına hörmət etməyə çağırıblar.
Afinada bir araya gələn Aİ xarici işlər nazirləri son vaxtlarda "Twitter" və "YouTube" kimi saytlara girişə qadağa qoyulması məsələsini müzakirə ediblər.
Onlar bildiriblər ki, əgər Ankara hələ də Aİ-yə daxil olmaq arzusundadırsa, İttifaqın dəyərlərinə əməl etməlidir. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer görüşdən sonra deyib ki, İttifaqa üzv olmaq üçün təkcə Avropa dəyərlərinə hörmət etmək kifayət deyil, onları müvafiq olaraq təcrübədən keçirmək də tələb olunur: "İnternet məlumatlarına girişə qadağa qoyulması, fikir və mətbuat azadlığının məhdudlaşdırılması ilə razılaşmaq olmaz".
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton isə vurğulayıb ki, "sosial media Türkiyədəki insanlar üçün mühüm rol oynayır".
Seymur
Aİ sosial şəbəkələrə qoyulan qadağaları müzakirə edib
Türkiyədə sosial şəbəkələrə qoyulan qadağa dünyanın beynəlxalq təşkilatları tərəfindən birmənalı olaraq qəbul edilməyib. Rəsmi Ankaranın ölkədə keçirilən bələdiyyə seçkilərindən öncə "Twitter" və "YouTube" videopaylaşım saytına girişlərin əngəllənməsi müəyyən tənqidlərə rəvac verib. Öncə qeyd edək ki, seçkidən dərhal sonra Ankara İdarə Məhkəməsi "Twitter" qadağası ilə bağlı verilən qərarının icrasını dayandırıb. Belə ki, Türkiyə Barolar Birliyi, Ankara Barosu, Türkiyə Jurnalistlər Cəmiyyəti, MHP bu sosial şəbəkə ilə bağlı qadağanın aradan qaldırılması üçün idarə məhkəməsinə müraciət edib.Şikayət ərizələrində məhkəmə qərarının təkcə "Twitter"ə deyil, eyni zamanda bəzi linklərə istiqamətli olduğu da qeyd edilib. Bu qərardan sonra Türkiyədə "Twitter"ə giriş bərpa olunub.
Hətta Türkiyə məhkəməsinin bu qərarı Avropada müəyyən tənqidlərin səslənməsinin qarşısını ala bilməyib. Belə ki, Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Türkiyənin "Twitter" və "YouTube" saytlarına qadağa qoyduğu üçün müəyyən fikirlər söyləyiblər. Onlar rəsmi Ankaranı bloka qoşulmaq üçün uzun müddətdir edilən cəhdlərini nəzərə almaqla, ifadə azadlığına hörmət etməyə çağırıblar.
Afinada bir araya gələn Aİ xarici işlər nazirləri son vaxtlarda "Twitter" və "YouTube" kimi saytlara girişə qadağa qoyulması məsələsini müzakirə ediblər.
Onlar bildiriblər ki, əgər Ankara hələ də Aİ-yə daxil olmaq arzusundadırsa, İttifaqın dəyərlərinə əməl etməlidir. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer görüşdən sonra deyib ki, İttifaqa üzv olmaq üçün təkcə Avropa dəyərlərinə hörmət etmək kifayət deyil, onları müvafiq olaraq təcrübədən keçirmək də tələb olunur: "İnternet məlumatlarına girişə qadağa qoyulması, fikir və mətbuat azadlığının məhdudlaşdırılması ilə razılaşmaq olmaz".
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton isə vurğulayıb ki, "sosial media Türkiyədəki insanlar üçün mühüm rol oynayır".
Seymur
Baxış sayı: 622
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır