12px13px15px17px
Tarix:07/04/14

“Capture The Flag” müsabiqəsinin final mərasimində informasiya təhlükəsizliyi sahəsinin “ən yaxşı”ları müəyyənləşəcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rəsmi dəstəyi ilə "Hackathon Azerbaijan" layihəsi çərçivəsində "Capture The Flag" müsabiqəsi yekunlaşıb. 4-6 aprel tarixlərində baş tutan müsabiqəyə RYTN nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi, Yüksək Texnologiyalar Parkı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "R.I.S.K" və "Delta Telecom" şirkətləri də dəstək göstərməkdədirlər.
 
Azərbaycanda informasiya təhlükəsizliyi sahəsini inkişaf etdirmək, bu sahədə kadr potensialının artırılması məqsədi daşıyan müsabiqədə bu dəfə ümumilikdə 100-ə yaxın komanda iştirak edib. Yarış iştirakçıları yarışda proqramlaşdırma sahəsi, veb-təhlükəsizlik, şəbəkə təhlükəsizliyi, kriptoqrafiya və s. ilə bağlı bilik və təcrübələrini sınaqdan keçiriblər. Qaliblər siyahısına rəqiblərindən fərqlənməyi bacaran 5 komanda daxil olub. "Capture The Flag" müsabiqəsinin 9 aprel tarixində keçiriləcək final mərasimində qaliblərin adları açıqlanaraq, informasiya təhlükəsizliyi sahəsinin "ən yaxşı"ları müəyyənləşəcək. 
 
 
Qeyd edək ki, "Hackathon" – haker neologiyasıdır. Proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. "Hackathon"un əsas mahiyyəti müxtəlif proqram və alətlərin yaradılması, rəqabət mühitində proqramçı və hakerlərin biliklərinin yoxlanması, həmçinin onların yeni biliklər qazanmasına şərait yaradılmasından ibarətdir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1121

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024