Tarix:07/04/14
Lakin “IBM”-in server biznesinin Çinin “Lenovo” şirkətinə satılması fonunda ABŞ-ın federal qurumları təhlükəsizlik baxımından Çin avadanlığından imtina edə bilər. Bu barədə “Bloomberg” nəşri məlumat verib. Çinin “Huawei Technologies” telekommunikasiya avadanlığı istehsalçısı ilə bağlı məsələdə olduğu kimi, Pentaqon “Lenovo”nun serverlərə “backdoor” (sistemə daxil olmaq üçün quraşdırılan proqram) quraşdıracağından şübhələnir.
Qeyd edək ki, “Lenovo” və “IBM” dəyəri 2,3 milyard dollar təşkil edən saziş imzaladıqlarını bəyan ediblər. ABŞ istehsalçısı “86x” çiplər bazasında həllərin buraxılması üzrə server biznesini “Lenovo”ya satır. Həmçinin saziş çərçivəsində “IBM” müvafiq tərtibatların bir hissəsini də Çin şirkətinə təhvil verir.
“Bloomberg”in məlumatına görə, ABŞ məmurları “Lenovo” nümayəndələri ilə bir sıra görüşlər keçirərək saziş və serverlərin Çin şirkətinin nəzarətinə verilməsi ilə bağlı narahatlıqlarını bildirmək niyyətindədirlər. Qəzet qeyd edir ki, hazırda “IBM”-in server həllərindən Müdafiə Nazirliyi, Federal Ehtiyatlar Sistemi və digər qurumlar istifadə edir.
Ekspertlər bildirirlər ki, adətən belə görüşlər formal xarakter daşıyır, lakin bu dəfə ABŞ mətbuatı federal məmurların “Lenovo” ilə bağlanan sazişə olan marağına çox diqqət yetirir ki, bu da bir çox mətləblərdən xəbər verir, - “Cybersecurity www.cybersecurity.ru” yazır.
ABŞ dövlət idarələri “IBM” serverlərindən imtina edə bilər
Hazırda ABŞ-ın əksər federal idarələri, o cümlədən Müdafiə Nazirliyi aktiv şəkildə “IBM” şirkətinin serverlərindən istifadə edir.Lakin “IBM”-in server biznesinin Çinin “Lenovo” şirkətinə satılması fonunda ABŞ-ın federal qurumları təhlükəsizlik baxımından Çin avadanlığından imtina edə bilər. Bu barədə “Bloomberg” nəşri məlumat verib. Çinin “Huawei Technologies” telekommunikasiya avadanlığı istehsalçısı ilə bağlı məsələdə olduğu kimi, Pentaqon “Lenovo”nun serverlərə “backdoor” (sistemə daxil olmaq üçün quraşdırılan proqram) quraşdıracağından şübhələnir.
Qeyd edək ki, “Lenovo” və “IBM” dəyəri 2,3 milyard dollar təşkil edən saziş imzaladıqlarını bəyan ediblər. ABŞ istehsalçısı “86x” çiplər bazasında həllərin buraxılması üzrə server biznesini “Lenovo”ya satır. Həmçinin saziş çərçivəsində “IBM” müvafiq tərtibatların bir hissəsini də Çin şirkətinə təhvil verir.
“Bloomberg”in məlumatına görə, ABŞ məmurları “Lenovo” nümayəndələri ilə bir sıra görüşlər keçirərək saziş və serverlərin Çin şirkətinin nəzarətinə verilməsi ilə bağlı narahatlıqlarını bildirmək niyyətindədirlər. Qəzet qeyd edir ki, hazırda “IBM”-in server həllərindən Müdafiə Nazirliyi, Federal Ehtiyatlar Sistemi və digər qurumlar istifadə edir.
Ekspertlər bildirirlər ki, adətən belə görüşlər formal xarakter daşıyır, lakin bu dəfə ABŞ mətbuatı federal məmurların “Lenovo” ilə bağlanan sazişə olan marağına çox diqqət yetirir ki, bu da bir çox mətləblərdən xəbər verir, - “Cybersecurity www.cybersecurity.ru” yazır.
Baxış sayı: 620
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır