“Rabitəçi gənclər” Göyçayda toplaşır
Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Göyçay rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə baş tutan layihə 50 nəfəri əhatə edir.
Layihə rəhbəri Əhəd Quluzadə bildirir ki, "Rabitəçi Gənclər"in əsas məqsədi gənclərin İKT sahəsinə olan tələbatını ödəmək, onların arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği, müasir texnikadan düzgün istifadə qaydalarının tədrisi işini təşkil etməklə bu səpkidən olan maarifləndirmə fəaliyyətlərini inkişaf etdirmək və onlara lazımi dəstək göstərməkdən ibarətdir.
Göyçayda keçiriləcək tədbirlər zamanı gənclərə İKT sahəsində fəaliyyət göstərən ekspert və təlimçilər tərəfindən ən yeni innovativ tədris metodlarına uyğun təlimlər keçiriləcək. Layihə gənclərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə onların yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq və tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artıracaq.
Baxış sayı: 767
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır