12px13px15px17px
Tarix:08/04/14

Elektron xidmətlər rayonlarda təşviq olunur

Lənkəranda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün elektron xidmətlərlə bağlı treninqlər keçirilib. Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə adıçəkilən rayonun Şürük kəndində baş tutan seminarda "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" və sair mövzularda biliklər verilib: “Bundan başqa, treninq iştirakçıları İSN tərəfindən göstərilən elektron xidmətlər, “www.icazeler.gov.az”, “www.b2b.az” elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə məlumatlandırılıblar.
 
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sahibkarlara elektron xidmətlərdən yararlanmaq qabiliyyəti aşılanmış, elektronlaşmanın ölkə iqtisadiyyatına müsbət təsirləri, onların sahibkarlığın inkişafında əhəmiyyətindən söz açılıb.
 
Treninqlərdə Avropa İttifaqına ixrac imkanları və mövcud qanunvericilik, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumat verilib, bu mövzularda təqdimatlar keçirilib.
 
Seymur



Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024