12px13px15px17px
Tarix:18/08/11

XİN vətəndaşları "Google"a etiraz etməyə çağırır

Xəbər verdiyimiz kimi, «Google» şirkətinin xəritələr bölməsində Azərbaycanın işğal edilmiş ərazilərindəki coğrafi adlar saxtalaşdırılaraq, erməni dilində verilib. Belə ki, Kəlbəcər rayonu «Karvaçar», Xankəndi «Stepanakert», Şuşa isə «Şuşi» kimi təqdim olunub. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı «Google» şirkətinə müraciət etdiyini bəyan edir və ictimaiyyəti fəal olmağa çağırır.

XİN mətbuat xidmətinin əməkdaşı Elman Abdullayev nazirliyin bu məsələni daima diqqətdə saxladığını deyib: «Aidiyyəti səfirliklərimizə müvafiq təlimatlar göndərilib. Öz adımızdan Azərbaycan Respublikasının vətəndaşlarını, xaricdə yaşayan azərbaycanlıları, media nümayəndələrini bu işdə daha fəal olmağa çağırırıq. Qoy onlar öz etirazlarını «Google»a bildirsinlər».



Baxış sayı: 1697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024