Tarix:08/04/14
enerji ötürən “Nar donor” kabelləri qan donorluğunu simvolizə edəcəklər
“Nar Mobile” mobil operatoru Azərbaycanda qan donorluğunu təşviq etmək məqsədilə “Nar Donor” adlı sosial layihəyə başladığını elan edib. Belə ki, 8-15 aprel tarixlərində “Nar Mobile” və Mərkəzi Qan Bankı, Bakı şəhərində qanköçürmə aksiyaları təşkil edəcək . “Android” əməliyyat sistemli smartfonlarının biri-birinə birbaşa enerji ötürmələrini təmin edən xüsusi kabellər aksiyanı simvolizə edəcəklər.
Bu məqsədlə keçirilmiş mətbuat konfransında çıxış edən “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili layihənin önəmindən bəhs edərək, “Nar Mobile” mobil operatorunun korporativ sosial məsuliyyət strategiyasından danışaraq, layihənin yeni ictimai fikir formalaşdıracağına ümid etdiyini bildirib.
Jurnalistlərin suallarını cavablandıran Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva isə respublikada qan donoruna ehtiyac duyan yüzlərlə xəstə olduğunu və bu kimi aksiyaların çox gözəl bir presedent təşkil etdiyini vurğulayıb.
Mətbuat konfransında iştirak edən Beynəlxalq Talassemiya Federasiyasının üzvü Nailə Quliyeva da, öz növbəsində, bu kimi xeyriyyə tədbirlərinin beynəlxalq təcrübəsindən söhbət açaraq, “Nar Donor” layihəsinin talassemiya xəstələri və digər qana ehtiyacı olanların şəfa tapmalarına yönəldilmiş misilsiz bir aksiya olduğunu qeyd edib.
Bununla yanaşı, “Enerjini paylaş, telefon xilas et – qanını paylaş, insan yaşat” şüarı altında keçiriləcək aksiyaya ictimai diqqəti cəlb etmək məqsədilə, aprelin 8-də Fəvvarələr meydanı 6 ünvanda yerləşən “Nar dünyası” mağazasının qarşısında gənclərin ifasında möhtəşəm fleşmob aksiyası da keçirildi.
Qan donorluğunu təşviq etmək məqsədilə, tanınmış ictimai simalar “Nar dünyası” mağazalarına gələrək aksiyaya olan dəstəklərini ifadə etdilər. Layihə çərçivəsində “Nar Mobile” mobil operatorunun satış mərkəzlərindən “Android” smartfonu əldə etmiş bütün şəxslər telefondan telefona enerji ötürən bu simvolik kabeli əldə edə biləcəklər. Qanköçürmə aksiyaları aprelin 8-dən 15-dək Mərkəzi Qan Bankında təşkil ediləcək. 9-11 aprel tarixləri arasında isə saat 14:00-dan 18:00-dək M.Cəfərov 3 ünvanda (“Memar Əcəmi” metro stansiyasının yaxınlığında) yerləşən “Nar Dünyası“ mağazasına gələrək qan vermək mümkün olacaq.
“Enerjini paylaş, telefon xilas et – qanını paylaş, insan yaşat”
8-15 Aprel tarixlərində qanköçürmə aksiyaları keçiriləcək,enerji ötürən “Nar donor” kabelləri qan donorluğunu simvolizə edəcəklər

Baxış sayı: 1283
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır