12px13px15px17px
Tarix:08/04/14

Yüksək Texnologiyalar Parkı “İddialı satış və idarəetmə komandalarının qurulması” mövzusunda təlim kurslarına başlayır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar  Parkı cari ilin 14-15 aprel tarixlərində  Azərbaycanın  bütün iddialı şirkətləri üçün təşkil etdiyi təlim kursları silsiləsini davam etdirməkdədir. Növbəti kurs “İddialı satış və idarəetmə komandalarının qurulması” mövzusunu əhatə edəcək.
 
Birinci təlimdə olduğu kimi, bu tədbir də Massaçusets İnstitutunun Texnologiya Sahibkarlığı Mərkəzinin təsisçisi və icraçı direktoru, ABŞ-ın İnnovasiya və Sahibkarlıq Komitəsinin Ekspertlər Şurasının məsləhətçisi, hazırda Barselonada yerləşən “ESADE” Biznes məktəbində fəaliyyət göstərən professor Ken Mors tərəfindən aparılacaq. Təlim kursları milli şirkətlərə beynəlxalq səviyyədə öz startup məhsullarının satışı və xidmətlərini təklif etmələri üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək etmək məqsədi daşıyır.
 
 
Növbəti kurslar Bakı şəhəri Nizami küçəsi 203 b, “AF Business House”, 3-cü mərtəbədə keçiriləcək. İştirak etmək istəyənlər aprelin 10-dək “www.entrepreneur.az”  saytında qeydiyyatdan keçməlidirlər.
 
Kurslar saat 10:30-dan etibarən başlayacaq. Kurslar haqqında daha ətraflı məlumat “www.entrepreneur.az” saytında yerləşdirilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1287

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024